08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

"WarGonzo" Qarabağdan qaçdı

"WarGonzo" Qarabağdan qaçdı
"WarGonzo" Qarabağdan qaçdı


Teleqramda təxribatçı videolarla populyarlıq qazanan "WarGonzo" kanalının qurucusu Semyon Peqov Qarabağdan minlərlə km uzaqda yerləşən Rusiyanın Uzaq Şərqdəki şəhərinə - Xabarovska üz tutub.

May.az "Report"a istinadən xəbər verir ki, bu barədə S.Peqov özü məlumat verib.

Bildirilib ki, onun Xabarovska gəlişi "yeni araşdırmalarla" əlaqədardır.

Qeyd edək ki, Semyon Peqov Qarabağla yanaşı Ukraynanın işğal altında olan Donbas bölgəsində də təxribatçı videolar çəkməklə məşğul olub. Ona qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 214-2 (terrorçuluğa açıq çağırışlar), 281.1 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanılıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница