16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Prezident: Danışıqlar münaqişənin siyasi həllinə və ərazilərin boşaldılmasına gətirib çıxarmalıdır

Prezident: Danışıqlar münaqişənin siyasi həllinə və ərazilərin boşaldılmasına gətirib çıxarmalıdır
Prezident: Danışıqlar münaqişənin siyasi həllinə və ərazilərin boşaldılmasına gətirib çıxarmalıdır


"Azərbaycan həmişə danışıqlar prosesini dəstəkləmişdir. Səmimi söyləsəm, ATƏT-in Minsk qrupunun yaradılmasından bəri 28 il müddətində biz danışıqlarda iştirak edirik. Bizim ümidlərimiz var idi və indi də ümidlərimiz var ki, danışıqlar irəliləyişə və münaqişənin siyasi həllinə gətirib çıxaracaqdır. Lakin əfsuslar olsun ki, Ermənistanın mövqeyi əksinə idi".

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Sky News” televiziya kanalında müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Onlar danışıqlardan bu prosesi sonsuz etmək üçün yalnız bir bəhanə kimi istifadə edirdilər. Başqa sözlə, onlar həmişə status-kvonu möhkəmləndirmək, status-kvonu dəyişməz olaraq saxlamaq və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və danışıqlar masasında olan və ATƏT-in Minsk qrupu tərəfindən işlənib hazırlanmış prinsiplərə əsasən qaytarmalı olduqları torpaqları qaytarmamağı istəyirdilər. Buna görə ümid edirəm ki, Ermənistan döyüş meydanında bu acı məğlubiyyətlə üzləşəndən sonra onlar daha məntiqli olacaq və vasitəçilərin məsləhətlərinə qulaq asacaqlar, danışıqlar masasında səmimi olacaqlar. Danışıqlar münaqişənin siyasi həllinə və işğal olunmuş ərazilərin boşaldılmasına gətirib çıxarmalıdır".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница