16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Dövlət başçısı: "Siz Paşinyandan soruşmalısınız onun əsgəri orada nə edir?"

Dövlət başçısı: "Siz Paşinyandan soruşmalısınız onun əsgəri orada nə edir?"
Dövlət başçısı: "Siz Paşinyandan soruşmalısınız onun əsgəri orada nə edir?"


"Bizim əsgərlərimiz öz torpağımız uğrunda həlak olurlar. Bizim əsgərlərimiz tarixi və beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpağında həlak olurlar. Erməni əsgərlər hansı torpaqda ölürlər? Onlar Füzulidə ölürlər, Cəbrayılda ölürlər, onlar digər Azərbaycan ərazilərində ölürlər. Onların orada nə işləri var?"

"Report" xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Sky News” televiziya kanalında müsahibəsində deyib.

Dövlət başçısı bildirib:

"Siz Paşinyandan soruşmalısınız onun əsgəri orada nə edir? Qondarma “Dağlıq Qarabağ ordusu”nun 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Onlar bizim torpağımızdadırlar. Xəritəyə baxmaq kifayətdir. Bizim üçün bu, Vətən Müharibəsidir. Biz özümüzü müdafiə edirik. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik ki, bir milyon köçkünün geri qayıtmasına imkan yaradaq. Bizim etdiyimiz budur. Biz 28 il idi səbirlə inanırdıq ki, danışıqlar irəliləyişə gətirib çıxaracaq. Nəticədə hazırkı vəziyyət yarandı.

Biz təcavüzkarı geri oturdub cəzalandıranda, bilirsiniz ki, siyasi cəhətdən hücuma məruz qaldıq. Mən əsas prinsipləri qəbul etdim, Paşinyan isə rədd etdi. Mən Ermənistanla Azərbaycan arasında olan danışıqların formatını qəbul edirəm. Paşinyan isə deyir ki, yox, Azərbaycan Dağlıq Qarabağla danışıqlar aparmalıdır. Bu, təkcə mənim tərəfimdən deyil, Minsk qrupu tərəfindən də qəbuledilməzdir. Beləliklə, hazırda baş verənlərə görə onu günahlandırmaq lazımdır".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница