09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Moskvada iki azərbaycanlı saxlanıldı: Paxlava sataraq İŞİD-i silahla təmin edirmiş

Moskvada iki azərbaycanlı saxlanıldı: Paxlava sataraq İŞİD-i silahla təmin edirmiş
Moskvada iki azərbaycanlı saxlanıldı: Paxlava sataraq İŞİD-i silahla təmin edirmiş


Moskvada yaşayan iki azərbaycanlı – Rasim Baxşıyev və Elşad Yaqubov şirniyyat mağazası sahibindən terror maliyyəçisinə çevriliblər.

Məlumata görə, onlar Rusiyanın paytaxtında paxlava və digər şirniyyatlar bişirib sataraq qazanc əldə ediblər.

Bir müddət sonra isə bir tanışları onlara Türkiyədə silah satmağı təklif edib və əlavə edib ki, bunun üçün lisenziya almağa da ehtiyac yoxdur. Həmin şəxs iki azərbaycanlıdan silah, durbin və termal kameralar istəyib, bunların ov üçün lazım olduğunu deyib.

R.Baxşıyev və E.Yaqubov Moskvada silah mağazalarından qanuni olaraq silah-sursat alaraq Türkiyəyə göndəriblər. Ortaqları isə bu silahları Suriyaya keçirib. Rusiya ordusunun Suriyada keçirdiyi əməliyyat nəticəsində həmin silahlar aşkar olunub və beləliklə cinayətin üstü açılıb. İstintaq zamanı məlum olub ki, azərbaycanlılar bir il ərzində Türkiyəyə, dolayı yolla Suriyaya 30 milyon rubl dəyərində silah göndəriblər.

R.Baxşıyev və E.Yaqubov Moskvada saxlanılıb və hər şeyi etiraf edərək istintaqla əməkdaşlıq ediblər. Lakin onlar silahların Suriyaya göndərilməsindən məlumatsız olduqlarını bildiriblər.

Məhkəmə hər iki şəxsin altı il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

mənbə: oxu.az

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница