Четверг
окт 31

"Əli Kərimli pul və var-dövlət üçün ölkəni satmağa hazır olan insandır" - AÇIQLAMA

"Əli Kərimli pul və var-dövlət üçün ölkəni satmağa hazır olan insandır" - AÇIQLAMA


"Seçicilərim və ətraf dostlarım hamısı deyir ki, Əli Kərimli kimi ünsürlərin məqsədi aydındır. Onlar məhz insanların gur olduğu yeri və istirahət gününü seçirlər. Sosial şəbəkələri də izləyirəm və müşahidə edirəm ki, onlar artıq insanları da kəsici və deşici alətlərlə, "molotov kokteyli" partlatmaqla təhdid edirlər. Axı bu nə deməkdir?! Xalqımızın səbrinin də bir həddi var. Millət vəkili və bir vətəndaş kimi elan edirəm ki, Əli Kərimli və onun kimilər Azərbaycan xalqının ən böyük düşmənidirlər. Utanıb xəcalət çəkmirlər".
Bunu Sonxeber.az-a açıqlamasında millət vəkili İlham Məmmədov deyib.

O bildirib ki, ölkəmiz bir çox beynəlxalq nüfuzlu tədbirlərə ev sahibliyi edir:

"Bütün bunların müqabilində insanları ancaq sosial zəmində şüarlar səsləndirərək meydanlara çağırmaq sadəcə xəyanətdir. Hətta bu addımı xəyanətdən də o tərəfə hesab edirəm. Əli Kərimli və onun kimiləri bilməlidir ki, biz Prezidenti və ölkəmizi sevirik. Lazım gəlsə, Azərbaycan xalqı bu kimi xəyanətkarlara qarşı durmağa hazırdır. Son dövrlər ölkədə əmək haqları, pensiyalar, təqaüdlər artır. Ölkədə kifayət qədər işlər görülür. İslahatlar davam edir və gənc kadrlara yer verilir. Belə bir halda onlar nə istəyir? Bütün hallarda ölkəmizə qarşı yönələn daxili və xarici təhdidlərin öhdəsindən gəlməyə hazırıq. Hüquq-mühafizə orqanları da insanların əsəbləri ilə oynayan belə ünsürlərə qarşı qanunun aliliyini əsas tutaraq qanun çərçivəsində qabaqlayıcı tədbirlər görəcək".

Deputat vurğulayıb ki, Gültəkin Hacıbəylinin təlaş içində ABŞ səfirliyinə müraciət etməsi, yaxud Əli Kərimlinin keçdiyi yol ancaq xəyanətdən ibarətdir:
"Onlar mənsub olduğu silahdaşlarına belə xəyanət ediblər. Əli Kərimli pul və var-dövlət üçün ölkəni satmağa hazır olan insan, eləcə də xarici dövlətlərin sadəcə bir alətidir. O, ancaq aldığı sifarişləri yerinə yetirir. Onun bundan başqa heç bir funksiyası yoxdur. Çünki o, milliyyəti, mənsubiyyəti olmayan bir ünsürdür. Bu gün Azərbaycanın ərazi bütövlüyünə qarşı, inkişafını gözü götürməyən ayrı-ayrı ölkələrin təhdidlərinə qarşı mübarizə aparmaq, bir dəfə də olsun Qarabağ adını çəkmək yerinə icazəsiz aksiya keçirməklə ora zəif insanları müəyyən məişət səviyyəsində problemləri əsas gətirərək orada "Qarabağı istəyirik" şüarını səsləndirməklə nə əldə edəcəklər? Bəyəm ölkə rəhbərliyi, yaxud cəsur oğlanlarımız Qarabağı istəmir? Ölkə başçısının gördüyü işin əsas prioriteti məhz Dağlıq Qarabağ məsələsidir. Azərbaycan hüquqi qanuni dövlət olduğundan bu cür məsələləri sülh çərçivəsində həll etmək istəyirik. Dünyaya bunu hər zaman da bəyan edirik. Bunun yolları üçün də addımlar atılır. Əli Kərimli kimi ünsürlər isə bu məqamda işimizi daha da çətinləşdirir.

Onlar ABŞ Konqresinin "erməni soyqırımı"nı tanıması faktını qınamadılar. Eləcə də Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin "təmsilçisi" Masis Mayilyanın ABŞ-a səfərini pisləmirlər. Təbii ki, bütün bunlar erməni lobbisinə xidmət edir. Onlar da məhz Əli Kərimli ünsürlərinin ağalarıdır. Hər kəs mətbuatda çıxış edərək ABŞ-ın bu addımını qınayırlar. Onlar bu günə kimi bir kəlmə də olsa Qarabağ barədə beynəlxalq təşkilatlar qarşısında məsələ qaldırıblarmı? Onlar ancaq bir neçə nəfəri yığıb icazəsiz mitinq keçirməyi bilirlər".

Комментарии (0)

Оставить комментарий