16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

“Ukraynaya dəstəyinə görə Azərbaycan Prezidentinə minnətdarıq”

“Ukraynaya dəstəyinə görə Azərbaycan Prezidentinə minnətdarıq”
Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən görkəmli dövlət xadimlərindən biridir.
“Qafqazinfo” xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq komitəsinin sədri Oleksandr Merejko söyləyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev çox çətin geosiyasi şəraitdə Azərbaycanda sabitliyi qoruyub saxladı və möhkəmləndirdi, ölkəni inamla irəli apardı.
“Prezident İlham Əliyev Azərbaycan ilə Ukrayna arasında strateji tərəfdaşlığı möhkəmləndirib. Biz Onu Ukraynanın əsl dostu hesab edirik. Çətin anlarda Ukraynaya dostluğuna və dəstəyinə görə Azərbaycan Prezidentinə minnətdarıq”, - deyə ukraynalı deputat əlavə edib.
AŞPA-nın vitse-prezidenti qeyd edib ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət Azərbaycanı beynəlxalq aləmdə nüfuzlu ölkəyə çevirib.
Deputat vurğulayıb ki, Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Volodimir Zelenski arasında sıx şəxsi münasibətlər iki ölkənin əlaqələrinin inkişafına müsbət təsir edir. Azərbaycan və Ukrayna bir çox sahələrdə uğurla əməkdaşlıq edir. Ölkələrimiz arasında dostluq münasibətləri bundan sonra da inkişaf edəcək.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница