08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Rusiyalı ekspert: "Ermənistanı hamımız birlikdə yerinə oturtmalıyıq"

Rusiyalı ekspert: "Ermənistanı hamımız birlikdə yerinə oturtmalıyıq"
Rusiyalı ekspert: "Ermənistanı hamımız birlikdə yerinə oturtmalıyıq"


Prezident İlham Əliyevin Aşqabadda - MDB Dövlət Başçıları Şurasının zirvə toplantısında çıxışı Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı davranışlarına Soçidə səsləndirdiyi fikirlərin davamıdır.

Bu barədə "Report"a rusiyalı ekspert Yevgeni Mixaylov Azərbaycan Prezidenti İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının zirvə toplantısında çıxışını şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Azərbaycan rəhbəri Ermənistanda faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə dair MDB ölkələrinin liderlərinin ümumi fikrini ifadə edib: "Əlbəttə, Moskva Qaregin Njdenin qəhrəmanlaşdırılması ilə bağlı öz narazılığını bildirdi, lakin analitiklərə görə, bu reaksiya İrəvanda bu cür cəhdlərin qarşısını almaq baxımdan güclü deyil. Fikrimcə, Kreml İrəvanı öz strateji maraqları zonasında saxlamaq naminə ehtiyatlı davranır".

O xatırladıb ki, Aşqabadda qəbul edilən sənədlər arasında MDB ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinin yolverilməzliyi də qeyd olunub: "Lakin bu muraciətə Ermənistan qoşulursa, dissonans yaranır. Necə ola bilər ki, bu müraciəti faşizmi müxtəlif bəhanələrlə təbliğ edən ölkə imzalasın: "guya, bu bizim qəhrəman Njdedir, siz ona toxunmayın". Düşünürəm ki, Ermənistanı hamımız birlikdə yerinə oturtmalıyıq".

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница