09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Dünyada ən çox satılan 10 KİTAB - SİYAHI

Dünyada ən çox satılan 10 KİTAB - SİYAHI

Dünyada ən çox satılan kitabların siyahısı zamanla dəyişə bilər, lakin 10 kitab tarix boyunca ən çox satılan kitablar sırasındadır. Bu siyahıya yalnız fərdi müəllif tərəfindən yazılmış və kitab şəklində yayımlanmış əsərlər daxildir. Bu 10 kitab arasında Çarlz Dikens, Aqata Kristi, Mark Tveyin kimi tanınmış yazıçıların kitabları da var. 10 kitabdan ikisi isə ingilis yazıçı Con Tolkinə aiddir. Bu onun "Üzüklərin Hökmdarı"(The Lord of the Rings) və "Hobbit" (The Hobbit) adlı kitablarıdır.

BAKU.WS həmin dünyada ən çox satılan 10 kitabın yazıçılarını və adlarını təqdim edir:

İspan yazıçısı Migel de Servantesin "Don Kixot" (Don Quixote) kitabı dünyanın 10 ən çox satılan kitabları siyahısında ilk yerdədir. Onun bu günə qədər 500 milyondan çox nüsxəsi satılıb.

Dünya ədəbiyyatının görkəmli nümayəndələrindən biri Çarlz Dikkensin "İki şəhərin hekayəsi" (A Tale of Two Cities) kitabı da bu 10 kitab arasındadır. 200 milyondan çox nüsxəsi satılıb.

İngilis yazıçı Con Tolkinin "Üzüklərin Hökmdarı"(The Lord of the Rings) kitabının isə 150 milyon nüsxəsi satılıb.

Fransız yazıçısı, jurnalist Antuan de Sent-Ekzüperinin "Kiçik Şahzadə" (Le Petit Prince) kitabının 140 milyon nüsxəsi satılıb.

Britaniyalı yazıçı Coan Ketlin Roulinqin "Harri Potter və filosof daşı" (Harry Potter and the Philosopher"s Stone) əsəri də ən çox satılan kitablar arasındadı. Onun 120 milyon nüsxəsi satılıb.

İngilis yazıçı Con Tolkinin daha bir əsəri "Hobbit"də (The Hobbit) ən çox satılan kitablar arasındadır. Onun bu günə qədər 100 milyon nüsxəsi satılıb.

Yazıçı, dramaturq, detektiv janrının kraliçası Aqata Kristinin "On kiçik zənci" (And Then There Were None) əsərinin dünyada 100 milyon nüsxəsi satılıb.

Tanınmış Braziliya yazıçısı Paulo Koelyonun "Kimyagər" (The Alchemist) əsərinin dünyada 90 milyon nüsxəsi satılıb.

Amerikalı yazıçı Mark Tvenin "Şahzadə və kasıb"(The Prince and the Pauper) əsəri də dünyanın ən çox satılan 10 kitabı arasındadır. Onun 85 milyon nüsxəsi satılıb.

Britaniyalı yazıçı Herbert Uellsin "Görünməz adam" (The Invisible Man) kitabının dünyada 80 milyon nüsxəsi satılıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница