18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Ölümcül oyuncaq təhlükəsi: ABŞ-də saxta "Labubu"lar valideynləri qorxudur

Ölümcül oyuncaq təhlükəsi: ABŞ-də saxta "Labubu"lar valideynləri qorxudur

ABŞ-də hakimiyyət orqanları valideynləri saxta "Labubu" oyuncaqlarının təhlükəsi barədə xəbərdar edib.

Ölkə.az bu barədə "NBC News"a istinadla xəbər verir.

"Pop Mart" şirkətinin istehsalı olan bu yumşaq monstriklər inanılmaz dərəcədə populyarlaşıb, lakin tələbat artdıqca bazarı saxta nüsxələr – "Lafufu" adlanan fırıldaq məhsullar doldurub.

İstehlakçı məhsullarının təhlükəsizliyi komissiyasının məlumatına görə, saxtalar asanlıqla sınır, xırda hissələrə parçalanır və bu da kiçik uşaqlar üçün ölümcül təhlükə yarada bilər.

Müfəttişlər artıq belə oyuncaqların böyük partiyalarını saxlayıb və onların dövriyyədən çıxarılmasını tələb ediblər.

"Saxta kuklaların Amerika evlərində yeri yoxdur. Heç bir valideyn övladının nəfəsini bir oyuncaq üzündən itirəcəyindən nigaran qalmamalıdır", – deyə komissiyanın sədri vəzifəsini icra edən Piter Feldman bildirib.

Qeyd edək ki, "Labubu" bu yay dəbdə olan, monstrabənzər görkəmə malik yumşaq fiqurlar kimi məşhurlaşıb. Onlar çox vaxt "kor qutular"da satılır – yəni alıcı hansı variantın ona düşdüyünü yalnız açandan sonra öyrənir.

Bu marağı sosial şəbəkə videoları daha da gücləndirib, nəticədə ikinci əl bazarında orijinal oyuncaqların qiyməti kəskin artıb. Bunun ardınca isə ucuz versiyaları peyda olub. İstifadəçilər şikayətlənir ki. oyuncağı alandan dərhal sonra başı və gözləri qopur.

Mütəxəssislər seçim zamanı diqqətli olmağı məsləhət görür. Əsl "Labubu"da "Pop Mart"ın holografik yapışqan nişanı olur, daha yeni buraxılışlarda isə əlavə olaraq bir pəncəsində xüsusi möhür yerləşdirilir.

Hakimiyyət vurğulayır ki, uşaqları boğulma riskindən qorumağın yeganə yolu oyuncaqları yalnız etibarlı satıcılardan almaq və orijinalı saxtadan ayıran detallara diqqət yetirməkdir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница