16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Rüfət Quliyev növbədənkənar parlament seçkilərində iştirak etməyəcək

Rüfət Quliyev növbədənkənar parlament seçkilərində iştirak etməyəcək

VI çağırış Milli Məclisin bitərəf deputatı Rüfət Quliyev sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkidə iştirak etməyəcək.

Rüfət Quliyev bu barədə "Report"a açıqlamasında deyib.

O, bundan sonra elmi fəaliyyətlə məşğul olmaq istəyini söyləyib:

"Hazırda Azərbaycan Texniki Universitetində müəllim kimi fəaliyyət göstərirəm. Bundan əlavə, iki universitetdən də iş təklifi almışam. Professoram, uzun müddətdir müəllim kimi çalışmışam və bu yöndə fəaliyyətimi davam etdirmək istəyirəm".

R.Quliyev biznes sahəsində də müəyyən təkliflər aldığını vurğulayıb:

"Mənim uzunmüddətli sahibkarlıq təcrübəm var. Ona görə də bu sahədə təcrübəmə əsaslanaraq şirkətlərə məsləhət vermək istəyirdim. Hazırda iki nəhəng şirkətdən bununla bağlı təklif gəlib. Həmin təkliflər üzərində düşünürəm".

"Eyni zamanda, "Sahibkar saatı" və "Dünya iqtisadiyyatı və Azərbaycan" verilişlərinin də müəllifiyəm. Gördüyünüz kimi, işlərim yetərincə çoxdur. Bu səbəbdən, seçkidə iştirak etməməyə qərar verdim", - o vurğulayıb.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница