08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Paşinyan: Ermənistan xalqı döyüşmək və əziyyət çəkmək istəmir, sadəcə yaşamaq istəyir

Paşinyan: Ermənistan xalqı döyüşmək və əziyyət çəkmək istəmir, sadəcə yaşamaq istəyir

"Ermənistan xalqı artıq döyüşmək, əziyyət çəkmək və özünü qurban vermək istəmir, sadəcə yaşamaq istəyir".

"Report" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

"Biz artıq döyüşmək, sağ qalmaq, əziyyət çəkmək, özümüzü qurban vermək istəmirik. Biz sadəcə yaşamaq istəyirik. Bu, xalqdan elitaya və hakim çoxluq olaraq bizə bir mesajdır", - deyən Paşinyan bildirib.

Onun sözlərinə görə, xalq elitadan soruşur ki, onlar sadəcə yaşamağa, uşaqların xoşbəxt və firavan yaşamalarına şərait yarada biləcəklərmi? Siyasətçi vurğulayıb ki, bu suala yalnız dövlət cavab verə bilər.

Baş nazir əlavə edib ki, Ermənistanda son etiraz hərəkatı xalqın əsl Ermənistana üstünlük verdiyi üçün uğursuzluğa düçar olub. Onun fikrincə, həyat ideologiyasını dövlət ideologiyasına çevirmək, vətəndaşların yaxşı yaşamaq istəyinə azadlıq vermək lazımdır.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница