08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Prezidentin köməkçisi: "Mina hadisələrinə görə Ermənistan məsuliyyət daşıyır"

Prezidentin köməkçisi: "Mina hadisələrinə görə Ermənistan məsuliyyət daşıyır"

"Azərbaycan dünyada mina problemindən ən çox zərər çəkən dövlətlərdəndir".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Ermənistan məqsədli şəkildə yalnız hərbi təyinatlı deyil, həm də bərpa-quruculuq işlərinə mane olmaq, onun sürətini azaltmaq, vətəndaşlara maksimum zərər yetirmək məqsədilə minalardan istifadə edir:

"Təkcə keçmiş təmas xətti boyunca deyil, həm də hərbi təyinatlı olmayan ərazilərdə minalaşdırma işləri aparılıb. Məsələn, qəbiristanlıqlara, evlərə gedən yollara minaların basdırılması göstərir ki, məqsəd insanların öldürülməsidir".

H.Hacıyev qeyd edib ki, Kəlbəcərdə jurnalistlərin minaya düşərək həlak olmaları da buna nümunədir:

"Əslində, o yol hərbi təyinatlı deyil. Amma yolun tank əleyhinə minalarla minalanması Ermənistanın niyyətinin nədən ibarət olduğunu göstərir. Ermənistan məqsədli şəkildə mina terrorunu həyata keçirir. Təqdim olunan xəritələr isə effektiv deyil və real vəziyyəti əks etdirmir. Ona görə də belə hallara görə Ermənistan məsuliyyət daşıyır. Azərbaycanın isə ərazilərin minalardan təmizlənməsi ilə bağlı qəti siyasi iradəsi var. Keçmiş məcburi köçkünlərimizin ləyaqətli və təhlükəsiz şəkildə işğaldan azad olunmuş ərazilərə köçməsi istiqamətində işlər aparılır".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница