08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Üç ərəb ölkəsi Livan səfirini qovub

Üç ərəb ölkəsi Livan səfirini qovub
Səudiyyə Ərəbistanı Livanın Ər-Riyaddakı səfiri Fevzi Kabbaranı "persona-non qrata" ("arzuedilməz şəxs") elan edib.
"Report" Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, krallıq Fevzi Kabbaranıya ölkəni tərk etmək üçün 48 saat möhlət verib. Səudiyyə Ərəbistan Beyrutdakı səfiri Vəlid bin Abdullah əl-Buxarini məsləhətləşmələr üçün geri çağrıb.
Livanın informasiya naziri George Kardahinin "Yəməndəki müharibəyə səbəb Səudiyyənin hücumudur" deməsi iki ölkə arasında diplomatik gərginliyə səbəb olub.
Livanın Baş naziri Nəcib Mikati isə deyib ki, ölkəsinin Səudiyyə Ərəbistanı ilə çox yaxşı münasibətləri var. Hökumət başçısının bəyanatına rəsmi Ər-Riyada hələlik şərh etməyib.
Xatırladaq ki, Küveyt və Bəhreyn Xarici İşlər nazirlikləri də George Kardahinin çıxışına etiraz olaraq Livan səfirini "arzuedilməz şəxs" elan edərək ona ölkələrini tərk etmək üçün 48 saat möhlət verib.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница