16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Mixeil Saakaşviliyə qarşı yeni ittihamlar irəli sürülə bilər

Mixeil Saakaşviliyə qarşı yeni ittihamlar irəli sürülə bilər
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili öz vətənində iki cinayət işi üzrə məhkum olunub, prokurorluq sərhədləri qanunsuz keçmə ilə əlaqədar ona yeni ittiham irəli sürülməsinə ehtiyac görmür.
"Report" xəbər verir ki, bu barədə TASS Gürcüstan Baş Prokurorluğuna istinadən məlumat yayıb.
"Mixeil Saakaşvili artıq məhkum edilib. Onun barəsində cinayət işləri var. Buna uyğun olaraq o, həbs edilib və cəzaçəkmə müəssisəsindədir. Sərhədi keçmə işinə gəlincə, lazım bildiyimiz zaman yeni ittiham irəli sürülə bilər", - prokurorluğun mətbuat xidmətinin əməkdaşı bildirib.
O qeyd edib ki, Gürcüstan qanunvericiliyinə görə, cinayət işi açılmış şəxsə yeni ittiham irəli sürmək üçün müstəntiqlərin 48 saat vaxtı var:
"Bu, baş verməsə, hüquq-mühafizə orqanlarının əməkdaşları həmin şəxsi azad etməyə borcludurlar. Saakaşviliyə gəldikdə, bu qayda tətbiq edilmir, çünki o, təqsirləndirilən şəxs deyil, məhkum kimi saxlanılır".
Mixeil Saakaşvili oktyabrın 1-də feysbukda Gürcüstanın Batumi şəhərinə gəldiyini iddia etdiyi video yerləşdirdikdən sonra saxlanılıb. Daha sonra prokurorluq Saakaşvilinin Gürcüstana gəlməsi ilə əlaqədar olaraq dövlət sərhədini qanunsuz keçmə faktı ilə bağlı cinayət işinin açıldığını bildirib. Keçmiş prezident hazırda Rustavi şəhərindəki həbsxanadadır.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница