Mütəxəssislər soyuducuda məhsulların düzgün yerləşdirilməməsinin onların daha tez xarab olmasına səbəb olduğunu bildirirlər.
Tapgedek.com xəbər verir ki, xüsusilə yumurta və südün soyuducunun qapısında saxlanması ən çox edilən səhvlərdən biri hesab olunur.
Məsələ ondadır ki, soyuducunun qapısı ən isti və temperaturu ən qeyri-sabit olan hissədir. Qapı tez-tez açılıb-bağlandığı üçün burada bakteriyalar daha sürətlə çoxalır və məhsullar vaxtından əvvəl xarab olur.
Mütəxəssislərin tövsiyə etdiyi ideal saxlama qaydası belədir:
Yumurta və süd - orta rəfdə (temperatur daha stabil olur);
Hazır yeməklər, kolbasalar, pendirlər - yuxarı və orta rəflərdə;
Çiy ət və balıq - yalnız aşağı rəfdə (şirəsi digər məhsullara axmasın deyə);
Tərəvəz və göyərti - xüsusi çekmecələrdə və ya ayrıca paketlərdə, hazır yeməklərdən ayrı.
Bu qaydalara əməl etmək məhsulların təzə qalma müddətini uzadır və qida zəhərlənməsi riskini minimuma endirir.