18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Ürək stentinin zərərləri varmı?

Ürək stentinin zərərləri varmı?

Ürək damarlarında tıxanma zamanı tətbiq edilən stentlər minlərlə xəstənin həyatını xilas edir. Ancaq kardiocərrahların sözlərinə görə, hər bir tibbi müdaxilə kimi, stentlərin də müəyyən risk və mənfi tərəfləri mövcuddur.

Cərrah-kardioloq Elçin Məmmədov BiG.AZ-a bildirib ki, stentin ən böyük riski damarda yenidən daralma ehtimalıdır:

"Bəzi hallarda damar stentləndikdən sonra yenidən tutulma baş verə bilər. Xüsusilə siqaret, şəkərli diabet və yüksək xolesterini olan xəstələrdə bu risk daha çox müşahidə olunur. Stent qoyulduqdan sonra xəstənin uzun müddət qan durulaşdırıcı dərmanlardan istifadə etməsi vacibdir. Bu dərmanlar qan laxtalanmasının qarşısını alır, amma eyni zamanda mədə-bağırsaq qanaxması və digər qanaxma risklərini də artırır.

Digər bir problem isə bəzi xəstələrdə orqanizmin stenti xarici cisim kimi qəbul edərək reaksiyalar verməsidir. Bu hallar nadir olsa da, xüsusi nəzarət tələb edir.
Stentin əsas zərərləri bunlardır:
damarda yenidən daralma (restenoz),
qanaxma riski (qan durulaşdırıcılarla bağlı),
nadir hallarda allergik və ya immun reaksiyalar.

Stent qoyulmazdan əvvəl risklər və faydalar hərtərəfli qiymətləndirilir və çox vaxt stent xəstənin həyatını uzatmaq və infarkt riskini azaltmaq üçün ən doğru seçim olur".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница