16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bu vərdiş paltaryuyanı tez sıradan çıxarır - Hamının etdiyi SƏHV

Bu vərdiş paltaryuyanı tez sıradan çıxarır - Hamının etdiyi SƏHV

Paltaryuyan maşın evdə ən vacib əşyalar arasındadır. Amma ən müasir texnika belə səhv istifadə olunarsa çox tez xarab ola bilər.

Lent.az xəbər verir ki, təmir ustalarının sözlərinə görə, elə bir geniş yayılmış vərdiş var ki, o, paltaryuyan maşını cəmi bir neçə yuyunmadan sonra "öldürə" bilir.

Bir çoxları elə düşünür ki, əgər birdən çox partiya paltar yumaq lazımdırsa, bir dövrə bitdikdən sonra dərhal "Start" düyməsini basmaq kifayətdir. Amma bu, ən böyük səhvdir və səbəbi belədir:

Mühərrik həddindən artıq qızır. Tam dövrədən sonra motorun ən azı 30–40 dəqiqə istirahətə ehtiyacı var. Əks halda temperatur qalxır və cihaz tez sıradan çıxır.
Kəmər və podşipniklər tez yeyilir. Fasiləsiz iş zamanı hərəkətli detalların yükü dəfələrlə artır və onların ömrü qısalır.
Elektronika sıradan çıxır. İdarəetmə sistemi də fasiləsiz işə hesablanmayıb. Nəticədə proqram səhvləri və ya idarəetmə platasının tam sıradan çıxması mümkündür.
Paltaryuyan maşından düzgün istifadə qaydaları
Mütəxəssislər cihazın ömrünü xeyli uzatmaq üçün sadə qaydalara əməl etməyi tövsiyə edir:

Yumalar arasında fasilə saxlayın – hər tam dövrədən sonra ən azı yarım saat gözləyin.
Maksimum yükləməyin – barabanı daşırmaq motor və asqı sistemini zədələyir.
Filtr və rezinləri təmizləyin – ayda bir dəfə xırda zibillərdən və kir qatlarından təmizləmək lazımdır.
Düzgün toz və kondisioner istifadə edin – artıq miqdar nasos və borularda çöküntü yaradır.
Maşını düz və sabit yerə qoyun – titrəmə və əlavə yüklənmənin qarşısını alır.
Bu sadə vərdişlərə əməl etsəniz, paltaryuyan maşınınız illərlə problemsiz işləyəcək.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница