17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Paltaryuyan maşında kifdən necə tez qurtulmaq olar? - SADƏ ÜSULLAR

Paltaryuyan maşında kifdən necə tez qurtulmaq olar? - SADƏ ÜSULLAR

Paltaryuyan maşında yaranan kif təkcə paltarları korlamır, həm də sağlamlığa zərər verir. Bu problemdən həmişəlik qurtulmaq üçün bir neçə sadə və ucuz üsul var. Kif paltaryuyan maşın sahiblərinin əksəriyyətinin qarşılaşdığı bir problemdir. O, yalnız paltarı korlamır və xoşagəlməz qoxu yaratmır, həm də sağlamlıq üçün təhlükəlidir. Ən çox hallarda kif, qapı rezin contasında nəmliyin toplandığı yerdə əmələ gəlir.

Lent.az bu üsulları təqdim edir:

Sadə və ucuz üsullar
Problemdən qurtulmaq üçün sadə vasitələrdən istifadə etmək olar. Variantlardan biri – hidrogen peroksiddir (oksigenli su). Bunun üçün onu su ilə bərabər miqdarda qarışdırmaq (və ya 3%-lik məhlulu duruldamadan istifadə etmək) və rezini emal etmək kifayətdir. 10-15 dəqiqədən sonra kif qalıqlarını fırça ilə təmizləmək, yumaq və quru silmək lazımdır.

Başqa bir üsul limon turşusu ilə "Domestos" tipli təmizləyici vasitənin birgə istifadəsidir. Əvvəlcə rezin silinir, üzərinə vasitə çəkilir və iki saat saxlanılır. Sonra limon turşusu barabana tökülür, yüksək temperatur seçilərək yuma rejimində durulama işə salınır. Qida sodası da kiflə mübarizədə kömək edə bilər. Bir çay qaşığı soda və bir stəkan sudan hazırlanan məhlul contaya çəkilir, yarım saat saxlanılır, sonra qısa yuma rejimi işə salınır. Kifin yenidən yaranmaması üçün hər yuyulmadan sonra baraban və rezin hissələr quru silinməli, qapı bir qədər açıq saxlanılmalıdır. Ayda bir dəfə isə "boş" yuma rejimində maksimum temperaturda işə salmaq tövsiyə olunur.




menu Menu game Oyunlar mail Poçt live Live profile Страница