18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Sizi zəif göstərən 5 ifadə: Niyə onlardan qaçmaq lazımdır?

Sizi zəif göstərən 5 ifadə: Niyə onlardan qaçmaq lazımdır?

Seçdiyiniz sözlər peşəkarlıq, inam və etibarlılıq təsiri yarada bilər, yaxud əksinə, sizi qərarsız göstərə bilər.

BiG.AZ Qaynarinfo-ya istinadən xəbər verir ki, "Unforgettable Presence" kitabının müəllifi və natiq Lorreyin K. Li "Inc." nəşrinə açıqlamasında ən çox istifadə olunan və insanı zəif göstərən ifadələri izah edib.

Onun sözlərinə görə, aşağıdakı beş ifadədən uzaq durmaq tövsiyə olunur:

Düşünürəm - Bu sözlə başlanan cümlə qarşınızdakına qeyri-müəyyənlik hissi verir. Faktı bilirsinizsə, onu əminliklə ifadə edin. Sadəcə ehtimal edirsinizsə, bunu açıq şəkildə bildirin.

Bağışlayın, narahat etdim - Əksər hallarda danışdığınız məsələ sizin və ya qarşınızdakının vəzifə borcuna daxildir. Ona görə də üzr istəmək, dediklərinizi dəyərsizləşdirir. Bunun əvəzinə minnətdarlığınızı ifadə etmək daha uyğundur.

Sadəcə dəqiqləşdirmək istədim - "Sadəcə" sözü cümləni zəiflədir və dediklərinizi əhəmiyyətsiz göstərir. Ondan imtina etmək mesajı daha güclü edir.

Mən ekspert deyiləm - Bu ifadə sizin sözlərinizin çəkisini azaldır. Əgər fikir bildirirsinizsə, onsuz da dinləyənin səbəbi var. Təcrübənizi öncədən kiçiltməyə ehtiyac yoxdur.

Hər cür köməyə hazıram - Belə ifadə sizi xırda işlər üçün "əl altında" biri kimi göstərə bilər. Daha faydalı yol bacarıqlarınızı əsas gətirərək konkret dəstək təklif etməkdir.

Mütəxəssislərin qənaətinə görə, dilin düzgün istifadəsi insanın iş mühitində nüfuzunu qoruyur, inamı gücləndirir və lazımsız zəiflik təəssüratını aradan qaldırır.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница