17:20 Övlad sahibi olmaq üçün effektiv müalicə hansıdır? 17:19 Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ? 17:18 "İş təklifi" adı altında fırıldaq: Kartınızı qorumağın yolları 17:17 16 noyabr Beynəlxalq Tolerantlıq Günüdür 17:16 Sabah bu ərazilərə qar yağacaq 17:15 Gələn il Azərbaycanda notbukların qiyməti artacaq? 17:14 "Telegram"da ilk hədiyyə hərracı keçirilib 17:13 Dubayda dünyanın ən hündür hoteli açılıb 23:29 ​5 gün ardıcıl QEYRİ-İŞ GÜNÜ OLACAQ - TARİXLƏR 19:23 ChatGPT-nin iki yeni versiyası təqdim olundu

Dünyanın ən dərin barı açılacaq - 164 milyon dollar xərclənəcək

Dünyanın ən dərin barı açılacaq - 164 milyon dollar xərclənəcək

Böyük Britaniyanın paytaxtı Londonda 2028-ci ildə istifadəyə verilməsi planlaşdırılan unikal yeraltı kompleks - "The London Tunnels" çərçivəsində dünyanın ən dərin barı fəaliyyətə başlayacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Qeyd olunur ki, kompleks 1,6 kilometr uzunluğunda tunel şəbəkəsindən ibarət olacaq. Tunellər 1940-cı illərdə, II Dünya müharibəsi zamanı Almaniyanın hava hücumlarından qorunmaq məqsədilə inşa olunub. Lakin tikinti yalnız 1942-ci ildə başa çatdırıldığından, artıq bombardmanlar bitmişdi və bu səbəbdən tunellər heç vaxt sığınacaq kimi istifadə edilməmişdi.

Kompleksin ümumi tikinti dəyərinin 120 milyon funt-sterlinq (təxminən 164 milyon ABŞ dolları) olduğu bildirilir. Tikintidə Böyük Britaniyanın aparıcı memarlıq şirkətlərindən biri – "WilkonsonEyre" iştirak edəcək.

Bar 30 metr dərinlikdə, London küçələrinin altındakı tunellərdən birində yerləşəcək. Nəşrin yazdığına görə, bar yalnız içki və istirahət yeri olmaqla kifayətlənməyəcək, həm də unikal gecə əyləncələri və immersiv (qapayıcı) təcrübələr təqdim edəcək.

Yeni kompleks təkcə turistləri deyil, tarix həvəskarlarını da cəlb etməyi hədəfləyir. "The London Tunnels" çərçivəsində II Dünya müharibəsi zamanı Londonda hava hücumları nəticəsində həlak olmuş 40 min nəfərə həsr olunmuş memorial da yaradılacaq.

Kompleksin ümumi sahəsi 8361 kvadrat metr təşkil edir ki, bu da London metrosunun bir çox stansiyalarından daha dərindir. Tunel sistemi həm tarixi yaddaşın yaşadılması, həm də müasir əyləncə məkanı kimi nəzərdə tutulub.

Gözləntilərə görə, layihə hər il milyonlarla turist cəlb etməklə Londona ciddi iqtisadi gəlir gətirəcək.




menu Menu game Oyunlar mail Poçt live Live profile Страница