
Dünyadakı ən təhlükəli 3 qidanın adı açıqlandı
Qidalar həyat üçün vacibdir, lakin bəziləri düzgün hazırlanmadıqda ölümcül nəticələrə səbəb ola bilər.
Ölkə.Az NTV-yə istinadla xəbər verir ki, ədliyyə toksikoloqu Castin Brauer zəhərli qidaların ümumiyyətlə iki yerə bölündüyünü söyləyib:
1. Düzgün hazırlandıqda təhlükəsiz olanlar;
2. Təhlükəsiz olduqları düşünülsə də, əslində təhlükəli olanlar.
Balon balığı (şişən balıq)
Yapon mətbəxinin nadir dadlarından biri olan kirpi balığı (fuqu) tərkibindəki tetrodotoksin səbəbiylə ölümcül ola bilər. Zəhər yalnız 20 dəqiqə ərzində sinir sistemini iflic edə və tənəffüs çatışmazlığına səbəb ola bilər.
Sianiddən 1200 dəfə güclü olduğu deyilən bu toksin cəmi bir neçə milliqramlıq dozada belə öldürücü ola bilər. Bu səbəbdən Yaponiyada yalnız xüsusi təlim keçmiş və lisenziyalı aşpazlar tərəfindən hazırlanmasına icazə verilir. Buna baxmayaraq, hər il onlarla insan düzgün hazırlanmamış fuqu istehlakı səbəbindən xəstəxanaya yerləşdirilir.
"Amanita phalloides" göbələyi
Göbələk zəhərlənməsi nəticəsində ölümlərin təxminən 90% "Amanita phalloides" növündən qaynaqlanır. Bu növ xalq arasında "kənd köçürən göbələk" kimi tanınır. Çöl göbələkləri ilə asanlıqla qarışdırıla bilər.
Zəhərlənmə əlamətləri adətən 6-12 saat ərzində başlayır; ürəkbulanma, qusma və ishal kimi özünü göstərirlər. Hətta yarım göbələk qaraciyər və ya böyrək çatışmazlığına və ölümə səbəb ola bilər. Ən təhlükəli cəhəti odur ki, tərkibindəki toksinləri bişirməklə məhv etmək olmaz.
Mütəxəssislər bildirirlər ki, dünyada hər il təxminən 100 nəfər bu göbələkdən həyatını itirir, minlərlə insan zəhərlənmədən müalicə olunur.