18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Uşağın sözə baxmasını 5 dəqiqəyə təmin edən gizli üsul

Uşağın sözə baxmasını 5 dəqiqəyə təmin edən gizli üsul

Təsəvvür edin: uşaq yenə də oyuncaqları yerinə qoymayıb. Siz isə əsəbiləşmək və qışqırmaq əvəzinə... bir qutu çıxarırsınız.

Sakit səslə deyirsiniz:

"Yerdə qalan hər şey nənənin evinə qonaq gedəcək". Və burada sehr başlayır: uşaq maşıncığını götürüb rəfə qaçır. Bu üsul "təbii nəticələr metodu" adlanır.

Lent.az bu mövzu ilə bağlı məlumatları təqdim edir:

Bu üsulun mahiyyəti nədir?

Məqsəd hədələmək deyil, həyatın özünün dərs verməsinə şərait yaratmaqdır. Məsələn, uşaq papaq geyinmək istəmir? O zaman qoy papaqsız çıxsın.

Soyuyacaq? Növbəti dəfə isti geyinməyi özü istəyəcək. Əsas məqam — kinayə ilə yox, yumşaq dillə davranmaqdır.

Qışqırıq qorxu yaradır. Sakit və davamlı qaydalar isə məsuliyyət hissi formalaşdırır. Və əlbəttə, nənə oyuncaqları "qaytara bilər" – uşağın otağı səliqəyə salmasından sonra.

Bəs daha ciddi vəziyyətlərdə necə davranmalı?

Tutaq ki, uşaq ev tapşırığını etməyə imtina edir. Qışqırmaq və mübahisə əvəzinə sakitcə deyin:

"Oldu, amma sabah məktəbə tapşırıq etmədən gedəcəksən".

Qoy müəllim ona irad bildirsin – bu, artıq onun məsuliyyət zonasıdır.

Valideynin son anda köməyə qaçması doğru deyil. Bəli, yazığınız gələcək, amma bu, uşağın səylərin dəyərini anlamasına kömək edəcək.

Əlavə bir lifehack (hiylə): Taymerdən istifadə edin

Deyin:

"10 dəqiqədən sonra cizgi filmlərini söndürürük. Oyuncaqları indi yığacaqsan, yoxsa sonra?"

Bu, uşağı vaxt planlaşdırmağa və seçim etməyə öyrədir.

Ən vacib qayda - razılaşmalara əməl edin!

Əgər siz geri çəkilib "bir seriya da bax" deməyə icazə versəniz, uşaq öyrənəcək ki, qaydalar pozula bilər. Bu üsul uşağa həm məsuliyyət, həm də nəticə arasında əlaqəni izah etməklə, sülh və qarşılıqlı hörmət içində nizam yaratmağı hədəfləyir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница