09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

Yastığın yanına 1 ədəd qoyun - Körpə kimi yuxuya gedəcəksiniz

Yastığın yanına 1 ədəd qoyun - Körpə kimi yuxuya gedəcəksiniz

Yaponiyalı alimlər yatarkən yastığın yanına limon qoymağın sağlamlıq üzərində gözlənilməz faydaları olduğunu açıqlayıb.


Milli.Az xəbər verir ki, araşdırmalara görə bu sadə amma təsirli vərdiş qan təzyiqini aşağı salmağa kömək edir, eyni zamanda depressiya və anksiyete əlamətlərini yüngülləşdirir.


Yastığın yanına limon qoymaq gecə yatmazdan əvvəl mühitin daha təravətli və təmiz qoxmasını təmin edərkən eyni zamanda zehni rahatlama üçün də mühüm rol oynayır. Limonun aroması beyindəki stress hormonlarını tənzimləməyə kömək edə bilər. Bunun nəticəsində insanlar daha asan yatmağa başlayır və dərin yuxu müddəti artır.


Limon qoxusunun sinir sistemini sakitləşdirici təsiri olduğu bilinir. Araşdırmalar təbii qoxuların bədəndə rahatlama yaratdığını göstərir.


Depressiya və anksiyete ilə mübarizədə limonun təsiri də olduqca diqqətəlayiqdir. Limonun tərkibindəki flavonoidlər və təbii birləşmələr, ruh halını tənzimləməyə kömək edə bilər. Bu maddələr beynin kimyəvi quruluşunu təsir edərək serotonin istehsalını artıra bilər. Serotonin, xoşbəxtlik hormonu kimi tanınır və ruh halını yaxşılaşdırıcı təsir göstərir. Başucuna qoyulan limon gecə boyu bu birləşmələrin yayılmasına və daha rahat yuxu təcrübəsi yaratmağa kömək edə bilər.



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница