16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Göz quruluğunu aradan necə qaldıraq?

Göz quruluğunu aradan necə qaldıraq?

Göz quruluğunun təkcə kompüter qarşısında uzun müddət işləməkdən deyil, həmçinin qida rasionunda yağların çatışmazlığından, yuxu rejiminin pozulmasından və gözyaşı vəzilərinin düzgün işləməməsindən qaynaqlana biləcəyi bildirilir.

Oxu.Az-ın məlumatına görə, bu barədə "Gazeta.ru"ya rusiyalı oftalmoloq, tibb elmləri namizədi Kirill Svetlakov məlumat verib.

"Göz yaşının az ifraz olunmasının əsas səbəbi yorğunluqdur. Kompüterdə uzun müddət işləmək gözlərə mənfi təsir göstərir. Göz quruluğunun ikinci səbəbi isə keyfiyyətsiz və kifayət qədər olmayan yuxudur. Yuxu orqanizmin, o cümlədən görmə orqanlarının bərpası üçün vacibdir. Əgər insan az və ya pis yatırsa, qızarmış və qıcıqlanmış gözlərlə oyanacaq", - həkim bildirib.

Xəstəliyin inkişafının üçüncü səbəbi balanslaşdırılmamış qidalanma və yağsız pəhrizlərdir.

"Qida rasionunda yağ turşularının çatışmazlığı zamanı gözlərə lazımi maddələr daxil olmur. Bu səbəbdən göz yaşı mayesinin ifrazı zəifləyir ki, bu da quruluğa gətirib çıxarır. Gündəlik menyunuza qoz-fındıq, balıq, avokado və bitki yağları kimi faydalı yağlar əlavə edin", - deyə həkim qeyd edib.

Bundan əlavə, gözyaşı vəzilərinin funksiyası pozula bilər ki, bu halda xəstə gözlərdə allergik reaksiyalar və iltihabdan şikayət edə bilər.

"Həmçinin qeyd etmək vacibdir ki, göz yaşının çox ifraz olunması da quru göz sindromunun əlaməti ola bilər. Çünki hər hansı qıcıqlandırıcı səbəbə görə göz yaşının tərkibi dəyişir. Bu zaman göz yaşları göz almalarını nazik bir təbəqə ilə örtmək əvəzinə, daha aktiv ifraz olunaraq göz qapaqlarından axır. Vəzilərin fəaliyyətini yoxlamaq üçün oftalmoloqa müraciət etmək lazımdır. Həkim müayinə əsnasında hər hansı pozuntu aşkar edərsə, xüsusi damcılar təyin edəcək", - mütəxəssis izah edib.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница