16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Arıqlamaq istəyənlərin nəzərinə: İştahı azaldan ədviyyatlar açıqlandı - FOTO

Arıqlamaq istəyənlərin nəzərinə: İştahı azaldan ədviyyatlar açıqlandı - FOTO
Darçın, nanə və zəncəfil iştahı azaltmaq, həzmi, sinir sistemini normallaşdırmaq, həmçinin qan dövranını yaxşılaşdırmaq xüsusiyyətlərinə görə pəhriz zamanı insana əvəzsiz köməkçidir.
Bu barədə rusiyalı dietoloq, RF Milli Dietoloqlar, Nutritionistlər Assosiasiyasının üzvü, tibb elmləri namizədi Daria Rusakova iştahı azaldan ədviyyatlardan danışarkən bildirib.
Onun sözlərinə görə, darçın maddələr mübadiləsini sürətləndirə, qanda qlükoza səviyyəsini normallaşdıra, həmçinin şirniyyata olan həvəsi azalda bilər. Ədviyyatın xüsusiyyətlərini artırmaq üçün dietoloq onu az kalorili desertlərə qatmağı, həmçinin təbii qəhvə içkiləri ilə birləşdirməyi məsləhət görüb.
Mütəxəssis bildirib ki, pəhrizdə maddələr mübadiləsini normada saxlamaq vacibdir.
"Nanənin xoş ətri var, sinir sisteminə faydalı təsir göstərir və sakitləşdirir. Nanə əlavə edilən çay bağırsaqları təmizləməyə kömək edir, qəbizliyin profilaktikası üçün yaxşıdır", - deyə dietoloq əlavə edib.
Bundan əlavə, həkim pəhriz zamanı bütün bədənə stimullaşdırıcı təsir göstərən, xolesterolu azaldan, qan dövranını yaxşılaşdıran, həmçinin bədəndən artıq maye və zərərli maddələri çıxaran, bununla da bu da daha sürətli arıqlamağa kömək edən zəncəfilə diqqət etməyi tövsiyə edib. Onun sözlərinə görə, zəncəfil çayı istilik keçiriciliyini artırır və aclığı aradan qaldırır.
Eyni zamanda, dietoloq bu üsulların yalnız düzgün qidalanma və idmanla birlikdə işlədiyini xatırladıb.



Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница