16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bu dəfə tərsinə: Fironlardan "Simpsonlar" barədə "proqnoz" ortaya çıxdı

Bu dəfə tərsinə: Fironlardan "Simpsonlar" barədə "proqnoz" ortaya çıxdı

Arxeoloqlar Qədim Misirdə 3 000 ildən çox yaşı olan tabutun içərisində məşhur "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajına bənzəyən təsvir aşkar ediblər.

Bildirilir ki, tabutun daxili tərəfində uzun yaşıl paltarda, düzbucaqlı formada hörülmüş mavi saçı olan sarı rəngli qadın təsvir olunub. Bu təsvir "Simpsonlar"ın baş qəhrəmanlarından biri olan Marj Simpsonu xatırladır.

Qadının ətrafında 12 baş kahin qadın təsvir edilib ki, bu da günün 12 saatını simvolizə edir.

Mütəxəssislər tabutda təsvir olunan qadının Marj Simpsonla oxşarlığını etiraf etsələr də, şəkildəkinin Tadi İst adlı qadın olduğunu bildiriblər. O, Eş-Şamuneyn şəhərindən olan baş kahinin qızı olub və həmin tabutda onun mumiyalanmış cəsədi aşkar edilib.

Qeyd edək ki, 1989-cu il dekabrın 17-də ABŞ-də yayımlanmağa başlayan və 33 ildir davam edən "Simpsonlar" cizgi serialının bütün dünyada böyük fanat kütləsi var.

Filmdə bütün dünyada böyük əks-səda doğuran məqamlar kimi koronavirus barədə əvvəldən məlumat verilməsi, Donald Trampın prezident seçkisində uduzması, Ebola virusu, yeməklərdə at ətindən istifadə, iki "Essex Beatles" fanatının 50 il əvvəl "Beatles"ə göndərdiyi məktubla bağlı Pol Makkartnidən cavab alması, "Fox" telekanalının "Disney"ə satılması, Ledi Qaqanın "Super Bowl"da uçması, tikintisinə 2009-cu ildə başlanılan və İngiltərənin ən hündür binası olan "The Shard"ın "Simpsons"ların 1995-ci ildə yayımlanan bir bölümündə London səmasında görünməsi, Beyrutda partlayış, "ağıllı telefonlar", Kobe Brayantın ölümü və s. misal göstərmək olar.(oxu.az)




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница