16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Qədim Misir məbədində yeni il rəsmi tapılıb

Qədim Misir məbədində yeni il rəsmi tapılıb
Qədim misirlilərin çəkdiyi yeni il mərasimi tədqiqatçılar tərəfindən Esna məbədinin tavanının yenidən qurulması zamanı aşkar edilib. O təxminən 2200 il əvvəl tikilib və iki min il əvvəl Misir Romanın nəzarətində olduğu dövrdə əsaslı bərpa edilib.


Son beş il ərzində Tübingen Universitetinin alimləri Esna məbədinin divarlarını və tavanını təmizləyərkən müxtəlif təsvirlər, o cümlədən qədim zodiaklar, bürclər, mifoloji ilahələr, eləcə də əvvəllər naməlum olan 200-dən çox yazı tapıblar.


Çox ehtimal ki, məbəd bir neçə tanrıya həsr edilib. Yeni il rəsmində bir-birinə yaxın yerləşən qayıqlarda Misir tanrıları Orion, Sotis və Anukis, eləcə də onların üstündə axşam səmasını udan səma ilahəsi Nut təsvir edilib. Orion eyniadlı bürc, Sotis iyulun ortalarında qeyd olunan, Yeni ildə Qədim Misir səmasına qayıdan Sirius ulduzunu təmsil edir. İlin bu vaxtında Nilin suyu sahilindən aşıb-daşır. Qədim misirlilər Siriusun səmada görünməsindən təxminən 100 gün sonra Anukis tanrıçasının daşqın suları çəkilməyə məcbur edəcəyinə inanıblar.


Komanda digər mövsümi rəsmləri də bərpa edib. Onlardan biri dörd qanadlı şir bədəni və qoç başı ilə təsvir edilib. Yazıya görə, o cənub küləyini, ehtimal ki, yayın qızmar istisini təcəssüm etdirir.


Artıq tavanın bərpası başa çatdıqdan sonra komanda divarları və sütunları təmizləməyə başlayıb. Tədqiqat işlərinin təsvirlərin yeni rənglərini və detallarını, o cümlədən geyimlərin və taxtın xüsusiyyətlərini aşkar edəcəyi gözlənilir./oxu.az


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница