16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Alimlər 2028-ci ilə qədər mamontu diriltmək istəyirlər

Alimlər 2028-ci ilə qədər mamontu diriltmək istəyirlər
Britaniyanın biotexnologiya və gen mühəndisliyi şirkəti "Colossal Biosciences" 2028-ci ilə qədər tüklü mamontları çoxaltmaq niyyətində olduğunu açıqlayıb.
Şirkətin planlarına görə, 4 min il əvvəl nəsli kəsilmiş mamontun balası beş ildən sonra dünyaya gəlməlidir.
Mütəxəssislər tapılan nümunələrdən mamont genomunu rekonstruksiya etmək və müasir Asiya fillərinin DNT-sindən istifadə etməklə boşluqları doldurmaq niyyətindədirlər. Bu heyvanların genomları 99,6% eynidir.
Embrionların surroqat dişi fillərə implantasiya edilməsi planlaşdırılır.
Şirkət, həmçinin dövlətlər arasında öz ərazilərində mamontların buraxılmasına imkan verəcək tərəfdaşlar tapmalıdır. Populyasiya tundrada yaşayacaq. "Colossal Biosciences"dən iddia olunur ki, tüklü mamontların qidalanma davranışı bu torpaqlara müsbət təsir edəcək. Ehtimallara görə, bu, atmosferdəki karbonun miqdarına yaxşı təsir edəcək və əbədi donun qorunmasına töhfə verəcək.
"Colossal Biosciences", həmçinin dodo quşunu və tasmaniya canavarını "geri qaytarmaq" istəyir.
Tədqiqatda iştirak edən ekspertlər qeyd edirlər ki, onların layihəsi nəsli kəsilməkdə olan növlərin qorunmasında faydalı ola bilər.(oxu.az)


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница