22:45 Samirə Əfəndidən onu tənqid edənlərə cavab: "Peşman deyiləm" 22:44 Maşın bazarının Ağdama köçürülməsi xəbərinə - RƏSMİ REAKSİYA 22:39 Cənubi Qafqaz statistikası: Ən aşağı işsizlik göstəricisi Azərbaycanda 22:37 Uçuş zamanı bu kitablar narahatlığı aradan qaldırır 22:35 "Soyuq Əllər, İsti Ürək" yarmarkası bu gün AÇILIR 22:34 Azərbaycanlı müğənni yutubdan bir aya 28 900 AZN qazanıb 19:11 Pulumuzu hansına çevirək, DOLLAR, QIZIL, DAŞINMAZ ƏMLAK? - ekspert açıqladı 19:10 Koronavirus yenidən YAYILIB? - infeksionist AÇIQLADI 19:08 Bu rayonlarda torpaqlar ucuz qiymətə satışa çıxarıldı - SİYAHI 19:06 ABŞ-li jurnalist qadın: "Ağ Ev Makronun mənə qarşı sui-qəsd cəhdində iştirakını təsdiqlədi"

Günə enerjili başlamaq istəyirsinizsə, bunları edin

Günə enerjili başlamaq istəyirsinizsə, bunları edin
Səhər necə oyandığınız gün ərzində sərf etməli olduğunuz enerjinizə təsir edir. Yaxşı bir yuxudan sonra edəcəyiniz bir neçə addımla günə daha pozitiv və canlı başlaya bilərsiniz.
Axşam.az günə yüksək enerji ilə bağlamağa imkan verən üsulları təqdim edir.
Telefondan uzaq durun
Səhər yuxudan oyanan kimi ilk işiniz telefonu götürüb sosial media hesablarınızı yoxlamaq olduğunu bilirik. Bu vərdişi bir az dəyişdirməyi təklif edirik. Ən azı oyandıqdan sonra yarım saatlıq müddətə də olsa, texnologiyadan uzaq durub özünüzə vaxt ayırın.
Səhər meditasiyası
15 dəqiqəlik səhər meditasiyası ruhunuz təmizləməyə və daha gümrah olmağınıza kifayət edəcək. Bu həm də düşüncələrinizi toplamağa və gün üçün planlarınızı daha səmərəli həyata keçirməyə yardımçı olacaq.
Soyuq duş
Səhər duş qəbul etmək həm yuxusuzluğu aradan qaldıracaq, həm də yenilənməyə, günə daha təravətli başlamağa imkan verəcək. Duş qəbul etdikdən sonra son dəqiqələrinizi soyuq suyun altında keçirməyə çalışın. Bu qan dövranının sürətini, enerjini artıracaq.
Evin havasını dəyişin
Havanın necə olmasından asılı olmayaraq səhər otağın havasını dəyişin. Gecə boyunca evdə yaranan ağır havanı yeniləmək sizə daha xoş təsir bəxş edəcək. Əgər soyuq havalarda bunu etməkdən çəkinirsinizsə, ətirli şam yandıra və ya sevdiyiniz təravətli qoxunu evə yaya bilərsiniz.
Sürətli maska
Gözəl bir gün özünüzü gözəl hiss etməklə başlayır. Dərinizdə hər hansı bir problem hiss edir və ya cildinizin quruluğundan narahatsınızsa, təbii hər hansı maska və ya nəmləndirici vasitəsi ilə bu problemləri aradan qaldırın.
Detoks addımı
Səhər yeməyindən əvvəl vitaminlərlə zəngin içki ilə günə sağlam başlayın. Antioksidant tərkibli detokslar təbii kofeinin təsiri ilə sizin daha tez oyanmağınıza, maddələr mübadiləsinin və hüceyrələrin yenilənməsinə yardımçı olacaq.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница