16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Valerianın dozadan artıq olduqda verə biləcəyi əks təsirlər nələrdir?

Valerianın dozadan artıq olduqda verə biləcəyi əks təsirlər nələrdir?
Toksikoloq, professor, Avropa Təbii Elmlər Akademiyasının (ATEA, Hannover, Almaniya) akademiki, Elmi İxtiralar və Kəşflər Müəlliflərinin Beynəlxalq Akademiyasının müxbir üzvü Mixail Kutuşov bu bitkidən hazırlanan tabletlərin və valerian kökündən dərmanın dozadan artıq içildikdə verə biləcəyi mənfi nəticələri sadalayıb. Valerianın təhlükələri barədə o, "Doktor Piter" nəşrinə müsahibəsində danışıb.
Həkim bildirib ki, hamilə qadınların və uşaq əmizdirən anaların, hipertoniya xəstələrinin, xroniki enterokolit xəstəliyi (yoğun və qalın bağırsağın eyni vaxtda iltihabı) olan insanların bu dərmanı qəbul etməsi qətiyyən məsləhət görülmür. İnsult və infarkt keçirən insanlar isə ehtiyatla qəbul etməlidir. Toksikoloq izah edir ki, valerianın spazmolitik və xoleretik (ödqovucu) təsiri böyrək daşları və xroniki mədə-bağırsaq xəstəlikləri olan insanlar üçün təhlükəlidir.
Kutuşov bildirib ki, artıq doza dedikdə Valerianın bir dəfəyə 20 qramdan çox qəbulu, həmçinin uzun müddət ərzində çox sayda qəbulu nəzərdə tutulur. "Bu halda insan mədəsində ağrı, sinəsində sıxıntı hiss edə bilər, başgicəllənmədən, əllərin titrəməsindən şikayət edə bilər, göz bəbəklərinin genişlənməsi belə baş verə bilər" – deyə toksikoloq xəbərdarlıq edir.
Həkim Valerian qəbulunun digər yan təsirləri kimi şiddətli əzələ zəifliyi, yuxululuq, iş qabiliyyətinin azalması, süstlük, uzun müddət istifadə zamanı qəbizlik və psixomotor reaksiyaların azalması, allergik reaksiyaların yaranması hallarının ola biləcəyini qeyd edib.(oxu.az)


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница