16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Tez-tez gecikənlər bu yazını oxusun

Tez-tez gecikənlər bu yazını oxusun
Bəzi alimlər iddia edir ki, tez-tez gecikən insanların bunu etmə səbəbi tıxaclar və sair bu kimi səbəblər yox, məhz xarakterləridir. Hər insan vaxtaşırı gecikir və bunda anormal bir şey yoxdur, amma daima gecikmək tamamilə başqa mövzudur. Yaxşı, bəs bəzi insanların daima avtobus, metro, qatara çatmaması, işə ya da dostlarıyla görüşlərə gecikməsinə səbəb olan nədir? Niyə bu davranışı düzəltmək bu qədər çətindir?
Bunun cavabını vermək o qədər də asan deyil. Lakin son illərdə bu mövzuda aparılan araşdırmalar, bizə bir neçə cavab təqdim edə bilib.
BiG.AZ - ın xarici mətbuata əsasən verdiyi məlumata görə bu suala cavab vermək artıq mümkündür.
New York Universitetinin psixoloqu Justin Kruger deyir ki, "gecikmə vəziyyətini həll etmək üçün müxtəlif maneə törədici tədbirlər və cəzalar mövcuddur. Lakin əsl paradoks o zaman yaranır ki, bu cəza və nəticələrinə baxmayaraq, gecikməyə davam edilir."
İnsanların gecikməklərinin ən böyük səbəbi planlaşdırma zamanı düzgün zaman hesablaması apara bilməməkləridir. Onlar görəcəkləri işin nə qədər vaxt alacağını əvvəlcədən düzgün proqnozlaşdıra bilmir və nəticədə də hər şeyi bir-birinə qatırlar. Tədqiqatların nəticələri göstərir ki, insanların təxminən 40%-i planlaşdırma zamanı bu səhvi edir. Digər bir səbəb isə, daima gecikən insanların bir neçə işi eyni anda görməyə çalışmaq xasiyyətlərinin olmasıdır. San Diego Universitetindən olan Jeff Conte tərəfindən 2003-ci ildə aparılan bir araşdırmaya görə, eyni anda bir neçə işi görən New York metro operatorlarının və digər eyni anda bir neçə iş görən insanlar ümumilikdə götürdükdə, işə gecikirlər. Bunun səbəbi olaraq, çox tapşırıq alan insanın işləri idarəetmədə çətinliklər törədməsi və konsentrasiyasının pozulmasında görülür. Jeff Conte’nin 2001-ci ildə apardığı bir başqa araşdırmaya görə gecikməylə əlaqəli ola biləcək başqa şəxsiyyət növləri də var. Hədəf mərkəzli A Tipi insanlar adətən gecikmirlər, ağır hərəkət edən hədəfə çox əhəmiyyət verməyən şəxslər isə adətən gecikirlər. A və B tipli insanlar zamanın gedişatını da fərqli hiss edirlər. Əvvəlki araşdırmalara görə A tipinə aid olan insanlar bir dəqiqəlik müddəti 58 saniyə olaraq hiss edərlər, B tipi insanlar isə bir dəqiqəni 77 saniyədə keçdiyini hiss edirlər.
Bütün bunları nəzərə alaraq, alimlər bəzi həll yolları təklif ediblər. Onlardan birincisi də, planlaşdırma bacarığının inkişaf etdirilməsidir. Hər hansı bir işin nə qədər vaxt alacağını proqnozlaşdırmağa çalışdıqda, mümkün qədər çox detalları nəzərə alsaq, bir o qədər də dəqiq zamanlama apara bilərik. Detalları nəzərə almayaraq hər hanı bir iş üçün müddət çıxarmaq heç vaxt düzgün nəticə vermir. Vəzifəni beyninizdə canlandıraraq da, onun nə qədər müddət davam edəcəyini aydınlaşdıra bilərsiniz.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница