18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Dırnaq yemək vərdişindən xilas olmağın yolu

Dırnaq yemək vərdişindən xilas olmağın yolu
"Dırnaq yemək həm uşaqlarda, həm də böyüklərdə çox rast gəlinən bir vərdişdir. Əsasən, stresslə əlaqəli bir əsəbi vərdişdir. Bu isə əllərə və dırnaqlara ciddi zərər verə bilər".


"Qafqazinfo" xəbər verir ki, bunu türkiyəli kliniki psixoloq Xədicə Börek "CNN Türk"ə danışarkən deyib.


Onun sözlərinə görə, adətən stress, narahatlıq və qorxu kimi səbəblərlə başlayan dırnaq yemək xəstəliyi əsasən yeniyetməlik dövründə artır. Bəzi uşaqlarda dırnaq yemək valideynlərini təqlid etməklə başlayır:


"Bəzən uşaq bunu, yaxud oxşar davranışı valideyndə görərək təkrarlayır. Bu davranış da sonradan qarşısı çətinliklə alınan vərdişə çevrilir. Bu, böyük yaşlı insanlarda isə əsasən stresli həyat tərzi ilə əlaqəlidir. Ən düzgün seçim isə uşaqlarda alternativ davranış inkişaf etdirməkdir. Məsələn, stresli bir vəziyyətlə qarşılaşdıqda, dərin nəfəs ala və ya meditasiya üsullarında istifadə etmək olar. Digər vacib məsələ isə, dırnaqları bacardığımız qədər qısa saxlamaqdır.Çünki bu zaman dırnaq yemək çətinləşir. Həmçinin dırnaq boyalarından istifadə də dırnaq yeməyin qarşısını ala bilər.


Lakin unutmaq olmaz ki, dırnaq yemək vərdişindən qurtulmaq çətin ola bilər. Bunun üçün terapevtdən kömək almağı da yoxlamaq olar. Bu, həm də ən düzgün üsullarla bu vərdişdən xilas olmağın açarıdır".


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница