16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bitki çayları faydalıdırmı? - MARAQLI FAKTLAR

Bitki çayları faydalıdırmı? - MARAQLI FAKTLAR
Bitki çaylarının şəfalı tərəflərindən başqa ziyanlıarı var.
MAY.Az bitkilər haqqında maraqlı məlumatları araşdıraraq təqdim edir.
Bəzən artıq içilən bitki çayları şəfa əvəzinə insan orqanizmi üçün böyük təhlükə yarada bilər.
Məsələn, adaçayını çox içmək ürəkdə döyüntü, miqren yaradarkən, çobanyastığı çayını çox içmək allergiya yarada bilər.
Qaraciyərin fəaliyyətində ciddi problemlər zamanı bir çox bitkilərdən və bitki çaylardan ümumiyyətlə istifadə etmək olmaz.
Qarğıdalı saçaqlarından çay orqanizmi təmizləyir, arıqlamağa kömək edir. Lakin böyrək daşı xəstəliyi zamanı güclü sidikqovucu təsirə malik olan bu çay daşların tərpənməsinə, sidik kanalının düşməsinə və kəskin tutmaya səbəb ola bilər.
Hamiləliyin ilk 3 ayında ot çaylarından istifadə etməyi tövsiyə edilmir. Jenşen, exinaseya, dəmrovotu, dazı otu və bəzi digər otlar da hamiləlik zamanı təhlükəli sayılır
Bütün bunları nəzərə alaraq xroniki xəstəliyi olanlar, hamilə qadınlar, süd verən analar həkim məsləhəti olmadan bu çaylardan istifadə etməməlidirlər.
Uşaqlara ot çaylarını verdikdən əvvəl mütləq həkimlə məsləhətləşmək lazımdır.
Bəzi bitki çayları dərmanların tərkibinə birbaşa təsir edə bilir.
Qışda razyana, nanə, adaçayı, xətmi, yaşıl çay, quşburnu, zəncəfil, zəfəran çaylarını dəmləyib içmək olar.
Bu çaylar immunteti artırır, bədənimizi bakteriyaların təsirindən qoruyaraq, xəstələnməyimizin qarşısını alır.
Bitki çaylarının gündəlik istifadəsi hər bitkiyə görə dəyişir.
Qara çay əvəzinə mate ya da yaşıl çay içmək daha faydalıdır.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница