^
U



Koronavirus vaksini ilə bağlı hər gün yeni bir irəliləyiş qeydə alınsa da, sosial mediada mövzuya dair iddialar ynə də yayılır. Genetik kodların dəyişdirilməsindən milyonlarla insanın bədəninə çip yerləşdirilməsinə qədər bir çox iddialar səslənəmkdədir.
BiG.AZ xəbər verir ki, "BBC Reality Check" komandası qeyri-real iddialardan bəzilərini analiz edib.
DNT dəyişikliyi
Koronavirus peyvəndinin DNT-mizi dəyişdirəcəyinə dair iddialar sosial mediada ən çox qarşılaşdığımız müddəalardan biridir. BBC 3 müstəqil elm adamına bu sualı verib. Cavab peyvəndin insan DNT-sini dəyişdirmək qabiliyyətində olmadığı olub.
Yeni hazırlanan bəzi peyvəndlər virusun genetik materialının bir parçasını, yəni genetik təlimatları daşıyan mRNA-dan istifadə edir. İngiltərədə istifadəsinə icazə verilən "Pfizer/BioNTech" peyvəndi bunlardan biridir.
Oksford Universitetinin alimi Ceffri Almond bildirib ki, mRNA-nı bir insana inyeksiya etmək insan hüceyrəsindəki DNT-yə heç bir təsir göstərmir. mRNA bədənin öz molekulyar mexanizmlərindən istifadə edərək hüceyrələrə virusda yer alan proteinə bənzər protein ifraz etməyi öyrədir və bu da immun sisteminin reaksiyasını təmin edir.
Əslində, koronavirus peyvəndinin DNT-ni dəyişdirməsi iddiası ilə ilk dəfə qarşılaşmırıq. Sosial mediada may ayında yayılan videolarda mRNA texnologiyasının hələ ki sınaqlardan keçirilmədiyi və təsdiqini tapmadığı irəli sürülürdü və genetik kodlarla oynayacağı iddia edilirdi.
Daha əvvəlheç bir mRNA peyvəndinin təsdiqini tapmadığı doğrudur, amma bir neçə il əvvəl mRNA peyvəndlərinin insanlarda istifadəsinə dair sınaq gerçəkləşdirilib. Buna əlavə olaraq, pandemiya ərzində dünyada on minlərlə insan üzərində bu tip peyvəndlər sınanıb və təsdiqini tapıb.
Bill Qeyts və mikroçipm iddiası
Bu iddiaya görə, koronavirus pandemiyası milyonlarla insanın vücuduna izlənilə bilən mikroçip yerləşdirmək üçün bilərək ortaya atılıb. Bu işin arxasında isə "Microsoft"un qurucusu Bill Qeyts var.
Amma dünyada "peyvənd mikroçipi" deyə bir şey yoxdur və Bill Qeytsin gələcəkdə belə bir layihəsi olduğuna dair heç bir dəlil tapılmayıb. Bill və Melinda Vəqfi BBC-yə verdiyi açıqlamada iddiaları təkzib edib.
Fərziyyələr mart ayında Bill Qyetsin verdiyi açıqlamadan sonra yayılmağa başlandı. Qeyts kimilərinin sağaldığını, kimilərinin testdən keçirildiyini, kimilərinin isə peyvənd olunduğunu göstərən "rəqəmsal sertifikat" ola biləcəyini irəli sürdü, amma mikroçiplərdən bəhs etmədi. Bundan sonra "Bill Qeyts koronavirusla mübarizə üçün mikroçipdən istifadə edəcək" başlıqlı yazı dərc olundu. Yazı Qeyts Vəqfinin dəstəklədiyi peyvənd layihəsinə işarə edirdi. Layihə insanların peyvənd bilgilərinijn xüsusi mürəkkəblə inyeksiya edilərək dəri səthində saxlanmasını təmin edən texnologiya ilə bağlı idi. Amma bəhs edilən texnologiya daha çox mikroçipə deyil, görünməz döyməyə bənzədilə bilər.
Ortada hər hansı bir dəlil yox ikən may ayında "YouGov" tərəfindən keçirilən anket sorğusunda amerikalıların 28%-nin mikroçip iddiasına inandığı bəlli oldu. /Publika.az
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Maraqlı ve Meslehetli Oxunub: 478 Tarix: 4-12-2020, 14:15
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az