16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Tarixin ən qorxulu dəhşət filmləri açıqlandı

Tarixin ən qorxulu dəhşət filmləri açıqlandı
Tarixin ən qorxulu dəhşət filmləri açıqlandı


"Broadbandchoices" şirkətindən olan britaniyalı alimlər tarixin ən qorxulu dəhşət filmləri barədə araşdırma aparıblar. Belə ki, mütəxəssislər ən yüksək reytinqə sahib olan dəhşət filmlərini seçərək təcrübə iştirakçılarına nümayiş ediblər və bu zaman onların nəbzini izləyiblər.

MAY.AZ xəbər verir ki, bu barədə "Forbes" xəbər yayıb.

Nəticələrə əsasən, elm adamları ən qorxulu dəhşət filminin Skott Derriksonun rejissoru olduğu "Sinister" (2012) olduğu qənaətinə gəliblər. Onu seyr edərkən təcrübədə iştirak edənlərin nəbzi dəqiqədə 86 atışa yüksəlib. Bu, orta göstəricidən 1/3 çoxdur.

İkinci yerdə 2010-cu ildə rejissor Ceyms Vanq tərəfindən çəkilən "Astral" filmi yer alıb. Bu filmi izləyərkən bəzi səhnələrdə tamaşaçıların nəbzi dəqiqədə hətta 133 atışa yüksəlib.

Vanqın 2013-cü ildə çəkilən başqa bir filmi – "The Conjuring" ən qorxulu dəhşət filmlərinin ilk üçlüyünü bağlayıb. Onun baxışı zamanı təcrübədə iştirak edənlərin ürəkləri dəqiqədə 85 atış sürəti ilə döyünüb.

Reytinqə "The Conjuring"in ikinci hissəsi, "Hereditary", "Paranormal Activity", "The Babadook", "It", "The Descent", "The Visit" filmləri də daxil edilib. /Oxu.az

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница