16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Meyvə şirələri sandığınız qədər faydalı deyil

Meyvə şirələri sandığınız qədər faydalı deyil
Günlük qidalanmamız zamanı mütləq şəkildə meyvə və tərəvəzlərdən istifadə etməliyik.
Bir çox insan səhhət üçün faydalı olduğunu düşünərək meyvə suyundan daimi olaraq istifadə edir. Meyvə suları meyvədən sıxıldığı üçün vitamin və minerallar cəhətdən zəngin olduğu düşünülür. Ancaq meyvə suyu sanılan qədər faydalı olmaya bilər.
Meyvə şirəsi meyvənin sahib olduğu mineral və vitaminlərlə zəngin olsa da meyvəni daha faydalı edən lifə sahib olmasıdır. Lif vücudun həzm prosesini tənzimləyir və uzunmüddət sizi tox saxlayar. Yüksək lifli qidalar yemək diabet, ürək problemi kimi riskləri azaldar.
Lif olmayan meyvə sularından istifadə etmək mədənizi kifayət qədər təmin etməz və özünüzü ac hiss edərsiniz.
Türkiyəli mütəxəssislərin araşdırmalarına görə, içkilər meyvədən daha az faydalıdır.
Xüsusilə kilo vermək istəyənlər üçün meyvə şirəsindən istifadə düzgün seçim deyil. Meyvə şirəsindən çox istifadə qaraciyər yağlanmasına gətirib çıxara bilər.
Mütəxəssislər meyvələri diri halda yeməyi daha uyğun görürlər. Bu zaman bütün vitaminlərdən yararlanmaq mümkün olacaqdır. Çünki bəzi meyvələrin vitamini əsasən qabığında olur. Şirə çəkilən zaman isə qabıqlar kənara atılır ki, bu da vitaminin yarısını məhv etmək deməkdir.


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница