09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

AQTA "quş qripi" ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb

AQTA "quş qripi" ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb
AQTA "quş qripi" ilə bağlı monitorinqlərin nəticələrini açıqlayıb


Azərbaycan Qida Təhlükəsiliyi Agentliyi (AQTA) ölkə ərazisinin yüksək patogen quş qripi xəstəliyindən qorunması məqsədilə keçirdiyi epizootoloji monitorinqlərin nəticələrini açıqlayıb.

AQTA-dan BAKU.WS-ə verilən məlumata görə, Abşeron yarımadasında, Şabran, Ağcabədi, Salyan və Lənkəran rayonlarındakı Milli park və təbiət qoruqlarında, su-bataqlıq ərazilərində, eləcə də respublikamızın dənizsahili zonalarının ərazilərində aparılan monitorinqlər zamanı çöl quşlarına ümumi baxış keçirilib.
Epizootoloji məlumatlar toplanaraq təhlil edilib, habelə təsadüfi qaydada ovlanmış müxtəlif növlərə aid 64 baş çöl quşundan patoloji material götürülüb. Həmin müddətdə Abşeron, Şabran, Salyan, Lənkəran və Ağcabədi rayonlarındakı ailə təsərrüfatlarında 250 baş müxtəlif növ quşdan, Sumqayıt şəhəri, Abşeron, Lerik, Cəlilabad, Sabirabad, Hacıqabul, Xızı, Siyəzən və Şabran rayonlarında yerləşən sənaye əsaslı iri quşçuluq müəssisələrində və kiçikhəcmli kommersiya tipli 14 quşçuluq təsərrüfatında 210 baş ev quşundan qan nümunələri götürülərək seroloji monitorinqlər də keçirilib.

Monitorinqlər müddətində çöl quşlarından götürülmüş patoloji materiallar Biotəhlükəsizlik çadır tipli səhra (mobil) laboratoriyasında, ev quşlarından alınan diaqnostik nümunələr isə Biotəhlükəsizlik səyyar laboratoriyasında müayinə edilib. Müayinə zamanı yüksək patogen quş qripi xəstəliyinin törədicisi aşkar olunmayıb.

Qeyd edək ki, keçirilən monitorinqlər çərçivəsində xəstəlikdən tələf olan quşlara rast gəlinməyib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница