16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

"18 yaşlı İsa əsgərlikdə ölüb, intihar etməyib, YALANDIR !" - şok iddia

"18 yaşlı İsa əsgərlikdə ölüb, intihar etməyib, YALANDIR !" - şok iddia
"18 yaşlı İsa əsgərlikdə ölüb, intihar etməyib, YALANDIR !" - şok iddia


Sentyabrın 16-da özünə dolu silahdan atəş açaraq intihar etdiyi deyilən Beyləqan sakini 18 yaşlı İsa Allahverdi oğlu Əliyevlə bağlı yeni faktlar əldə etmişik.

MAY.AZ-a danışan Xocavənd rayon sakini, mərhumun yaxın dostu Nicat Hüseynov iddia edir ki, İ.Əliyev intihar etməyib və o öldüyü günü hərbi xidmətdə olub:

"Mərhum İsa Allahverdi oğlu Əliyev Xocavənd rayon Tuğ kənd sakinidir. 1998-ci ildə anadan olub. Kasıb ailənin tək oğlu idi, ata-anasının ümid yeri idi. İsanın atası hinduşka otara-otara İsanı böyütmüşdü. Min bir əziyyətlə 18 yaşına çatmışdı, ailəsindən heç vaxt ayrı qalmamışdı. Bu il 18 yaşı tamam oldu, iyul ayında Zaqatala rayon hərbi komissarlığından hərbi xidmətə çağırıldı. 2 aylıq ayrılıq əbədi ayrılıq oldu. Sentyabrın 16-da atası Allahverdi kişiyə hərbi hissədən zəng gəldi və oğlunun öldüyü xəbəri verildi. Ayın 17-də kənd qəbiristanlığında torpağa tapşırıldı. Hərbi hissədə hansı şəraitdə və necə öldüyü haqda məlumatım yoxdur".

N.Hüseynov bildirib ki, Allahverdi kişi kasıbçılıqdan heç oğlunun andiçmə mərasiminə belə gedə bilməyib:

"Ölümündən 3-4 gün öncə dayısı yanında olub. Heç bir şikayəti olmayıb. İntihara onu sövq edəcək heç bir şey olmayıb. İntihar edə bilməz. Zaqataladan hərbi hissədən səlahiyyətli nümayəndələrinin bildirdiyinə görə, ehtiyatsızlıqdan odlu silahdan atəş açılıb və baş nahiyyəsindən xəsarət alaraq dünyasını dəyişib. Haızrda ailəsi çox pis vəziyyətdədir. İki bacının bir qardaşı idi. Evin böyük oğlu idi. Ata-anası pərişan vəziyyətdədir. Bu hadisənin baş vermə səbəblərinin araşdırılmasını istəyirik".

Xatırladaq ki, Report.az saytının mlumatına görə, Beyləqan rayon sakini, 18 yaşlı İsa Allahverdi oğlu Əliyev rayon ərazisində yaşadığı mənzildə odlu silahdan atəş açaraq özünə qəsd edib.

Yaralı xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Mirvari Nəcəf
"18 yaşlı İsa əsgərlikdə ölüb, intihar etməyib, YALANDIR !" - şok iddia
"18 yaşlı İsa əsgərlikdə ölüb, intihar etməyib, YALANDIR !" - şok iddia
"18 yaşlı İsa əsgərlikdə ölüb, intihar etməyib, YALANDIR !" - şok iddia
"18 yaşlı İsa əsgərlikdə ölüb, intihar etməyib, YALANDIR !" - şok iddia


Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница