^
U

Qar uçqununda həlak olan hərbçimiz bu gün dəfn edilir - FOTO


Mart ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində xidmətdə olan Azərbaycan Ordusunun iki hərbi qulluqçusu - gizir Abdullayev Hafiz Məhəd oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Fərrux Fərman oğlu mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər.

Aparılan axtarışlar nəticəsində onlardan birinin - H.Abdullayevin nəşi tapılıb. O, Qazax rayonu Yuxarı Salahlı kəndinin sakinidir.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən xəbər veri ki, onun cənazəsi bu gün səhər saatlarında doğulduğu kəndə aparılıb. Abdullayevin hazırda kənd qəbiristanlığında dəfn mərasimidir.

Qar uçqununda həlak olan hərbçimiz bu gün dəfn edilir - FOTO
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Bölmə: Xeberler Oxunub: 872 Tarix: 14-04-2019, 13:33
Adınız:*
Sizin e-mail:*
Şəkildəki kod: *
Кликните на изображение чтобы обновить код, если он неразборчив
MobTop.az MobTop.az MobTop.az