16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Gömrük Komitəsinin sədri: "Gecə qara, cücə qara" məsələsi yığışdırılıb

Gömrük Komitəsinin sədri: "Gecə qara, cücə qara" məsələsi yığışdırılıb
Gömrük Komitəsinin sədri: "Gecə qara, cücə qara" məsələsi yığışdırılıb


Mənim rəhbərliyim müddətində hər hansı sahibkara hansısa bir inspektor tərəfindən "bu mal gətirilə bilər, bu isə yox” sözü deyilə bilməz. Bu, mümkün olan bir şey deyil.

Bu sözləri Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

O bildirib ki, Gömrük sistemindən malın ölkəyə keçiriləndə neçəyə bəyan olunmasını öyrənmək mümkündür:

"Əgər satıcı malın üzərində ikiqat artıq qiymət qoyub satırsa, aidiyyəti qurumlara müraciət etmək lazımdır ki, bu məhsulun mənfəət vergisi nə qədərdir. Burada "gecə qara, cücə qara” məsələsi yığışdırılıb. Belə bir sistem yoxdur. Kimsə belə bir halın mövcudluğunu iddia edirsə, biz həmin şəxsin yanındayıq. Əgər əməkdaşımız vətəndaşa "olmaz” deyibsə, o zaman mən onun nəinki işdən çıxarılmasına təlimat verərəm, həm də ən ağır şəkildə cəzalandıraram.

Prezidentin bu sistemdə başlatdığı islahatlar keçici xarakter daşımır. Bizim məqsədimiz qısa müddət ərzində hansısa islahatı həyata keçirib, oturub gözləmək deyil. Bu, mümkün olan şey deyil. Bunu düşünən varsa, biz ona şərait yaradacağıq. Artıq kiməsə himayədarlıq etmək dövrü keçib”.

///Oxu.Az

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница