16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Gömrükdən ölkəyə siqaret gətirənlərə pis xəbər

Gömrükdən ölkəyə siqaret gətirənlərə pis xəbər
Gömrükdən ölkəyə siqaret gətirənlərə pis xəbər


Dövlət Gömrük Komitəsi şəxsi istehlak üçün gətirilən siqaretin sayının azaldılması ilə bağlı qanunvericiliyə dəyişikliyin edilməsini təklif edir.

BAKU.WS-in “APA-Economics”ə istinadla məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, DGK ölkəyə şəxsi istehlak üçün gətirilən siqaretin 3 blokdan 1 bloka qədər endirilməsi ilə bağlı qanunvericiliyə dəyişikliyin edilməsi üçün Milli Məclisə müraciət edəcək.

Onun sözlərinə görə, dəfələrlə ölkəyə qeyri-qanuni yollarla tütün və tütün məhsullarının gətirilməməsi ilə bağlı xəbərdarlıqlara baxmayaraq belə məhsulların idxalında azalma müşahidə edilmir.

“Müşahidə edilib ki, sərhəd bölgələrə yaxınlaşdıqca əhalinin kənd təsərrüfatı sektoruna marağı azalır. Bu gün şəxsi istifadə üçün vətəndaşlar 3 blok siqaret gətirilə bilər. Ancaq bəzən insanlar bundan sui-istifadə edirlər. Bunları nəzərə alaraq Milli Məclisə müraciət edəcəyik. İnanırıq ki, bizim bu təklifimiz qəbul ediləcək”.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница