08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa etdi

İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa etdi
İsrailin Azərbaycandakı səfirliyi fəaliyyətini bərpa etdi


İsrailin Azərbaycandakı səfirliyi işini bərpa edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə İsrailin Azərbaycandakı səfirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, İsrailin Bakıdakı səfirliyi ölkənin dünyanın digər ölkələrindəki diplomatik nümayəndəlikləri kimi, öz işini davam etdirəcək.

Bildirilib ki, İsrailin Xarici İşlər Nazirliyi və Maliyyə Nazirliyinin əməkdaşları arasında danışıqlar davam edəcək.

Xatırladaq ki, İsrailin Azərbaycandakı səfirliyi bir neçə gün öncə fəaliyyətini müvəqqəti dayandırmışdı. Bunun səbəbi maliyyə problemi ilə əlaqədar idi.

“İsrail Maliyyə Nazirliyinin 2019-cu ilin iyulun 21-də Baş direktor tərəfindən imzalanmış razılaşmaları pozmaq və son on illiklər ərzində qüvvədə olan protokolun ziyanına olmaqla birtərəfli proseduru işə salmaq qərarına əsasən, diplomatik nümayəndəliyi bağlamaq məcburiyyətində qalırıq”, - deyə səfirliyin açıqlamasında bildirilirdi.

Ümumiyyətlə, İsrail büdcə məsələləri ilə əlaqədar dünyanın bütün ölkələrində səfirlik və konsulluqlarını müvəqqəti bağlayıb.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница