16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Nazirdən yol polisi ilə bağlı mühüm qərar:Onlar işdən ayrıldı

Nazirdən yol polisi ilə bağlı mühüm qərar:Onlar işdən ayrıldı
Nazirdən yol polisi ilə bağlı mühüm qərar:Onlar işdən ayrıldı



Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov yol polisində geniş islahatlara başlayıb və proses davam edir. Nazirin əmri ilə Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının tağım komandirlərinin yeri dəyişdirilib, başqa təyinatlar da var.

CARLIFE.AZ xəbər verir ki, avtosfer.az-ın əldə etdiyi məlumata görə, Alayın 10-cu tağımın komandiri, mayor Qulu Quliyev İmişli Qeydiyyat-İmtahan və Texniki Baxış şöbəsinin rəisi təyin edilib. Şəmkir postunun komandiri, mayor Aqil Məmmədov 9-cu tağımın komandiri vəzifəsindən azad olunaraq Qaradağ postunun – 6-cı tağımın komandiri təyin edilib. Qaradağ postunun komandiri, mayor Vüqar Əsgərov bu vəzifədən azad edilərək Saray postunun – 1-ci tağımın komandiri təyin edilib. 1-ci tağımın komandiri, mayor Ürfət Şükürov 7-ci tağımın - Nəvai postunun komandiri təyin edilib. Nəvai postunun komandiri, mayor Vüqar Kərimli isə Salyan postunun – 10-cu tağımın komandiri təyin olunub. İsmayıllı postunun – 4-cü tağımın komandiri, mayor Ağasəlim Nağıyev təqaüdə göndərilib. Onun yerinə Qəbələ rayon DYP-nin rəisi Yusif Səlimov təyin edilib.

Şəmkir postunun komandiri vəzifəsinə 9-cu tağımın baş inspektoru Elnur Zeynalov təyin edilib. Nazirin daha bir əmri ilə mayor Şahmar Süleymanov Sabirabad postunun komandiri vəzifəsindən azad edilərək 3-cü tağımın - Müşfiq postunun komandiri təyin edilib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница