16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bakıda şok olay: həkim hamilə qadını ölümcül vəziyyətdə əməliyyat stolunda qoyub qaçdı

Bakıda şok olay: həkim hamilə qadını ölümcül vəziyyətdə əməliyyat stolunda qoyub qaçdı
Bakıda şok olay: həkim hamilə qadını ölümcül vəziyyətdə əməliyyat stolunda qoyub qaçdı



Bakıda həkim əməliyyatı başa çatdırmamış klinikanı tərk edib.

May.Az-a verilən məlumata görə, bu barədə redaksiyamıza daimi oxucularımızdan məktub daxil olub. Burada söhbət biabırçı halda məsuliyyətsizlikdən və həkim qeyri-peşəkarlıqdan gedir.

"Baku Medical Plaza" klinikasında 1 iyun tarixində saat 07:00-də paytaxt sakini İrina Makarova qeysəriyyə əməliyyatı keçirib. Əməliyyatı Öndər adlı həkim keçirib. Qeyd edək ki, Öndər həkim "HB Güven Klinik"asında çalışır.

Əməliyyat təxminən 5 saat davam edib. Bu müddət ərzində İrinanın əməliyyatı və onun vəziyyəti barədə heç bir məlumat verilməyib. Şok təfərrüatlar əməliyyatdan sonra məlum olub. Həkim düzgün əməliyyatı aparmadığını anladıqdan sonra klinikadan qaçıb. Daha sonra məlum olub ki, həkim əməliyyat zamanı cərrah bıçağıyla əkiz körpələrdən birinə toxunub. Uşağın üzərindəki kəsiyin uzunluğu 2 sm, dərinliyi isə 0,3 sm olub. Bu kəsik uşağın həyatı üçün ciddi risk təşkil edir.

İrina Makarov əməliyyat zamanı çox qan itirib. Üç gün ərzində yaxınları və qohumları ona qan verib. Ancaq buna baxmayaraq qadında daxili qanaxma dayanmayıb. Əməliyyatdan iki gün sonra İrina gözlərini açıb. Qohumları ümid edirdi ki, ən pis hadisə geridə qalıb. Amma qadının vəziyyəti sonradan yenə pisləşib.

İrina uğursuz əməliyyata görə yumurtalıq və uşaqlığını itirib. Ola bilsin ki, İrinaya dördüncü dəfə əməliyyata girmək lazım gələcək.

Ginekoloq Öndər hadisədən sonra gizlənib. May.Az hadisə ilə bağlı məlumat əldə etmək üçün "Baku Medical Plaza" klinikası ilə əlaqə saxlayıb. Klinikadan bildirilib ki, sözügedən əməliyyatla bağlı klinika heç bir məsuliyyət daşımır. Həkimin "HB Güven Klinika"sından sifariş əsasında gəldiyi və klinikada əməliyyatı həyata keçirdiyi bildirilib. Nəticə etibarı ilə klinika yaranmış vəziyyətdə özünü günahkar görmür.

BAKU.WS əməkdaşı Səhiyyə Nazirliyi ilə də əlaqə saxlayaraq məsələyə münasibət öyrənməyə çalışıb. Qurumdan bildirilib ki, faktla bağlı nazirliyə hər hansı şikayət daxil olmayıb. Nazirlikdən əmin edirlər ki, əgər şikayət daxil olarsa, faktla bağlı araşdırmalara başlanılacaq.

Hüseyin Səfərov

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница