16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Ayağı həkim səhvindən kəsilən xəstə haqqında şad xəbər

Ayağı həkim səhvindən kəsilən xəstə haqqında şad xəbər
Ayağı həkim səhvindən kəsilən xəstə haqqında şad xəbər


Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Valeh Kərimovun səhv amputasiya etdiyi üçün növbəti dəfə əməliyyat olunan Tərlan Məmmədova bu həftənin sonunda evə buraxılacaq.

May.Az bildirir ki, Angioloji Mərkəzinin direktoru Azər Şəmsəddinski APA-ya deyib ki, hazırda xəstənin vəziyyəti yaxşıdır. Onun sözlərinə görə, xəstənin ağrıları azalıb, tikişləri sökülüb və heç bir narazılığı yoxdur.

Mərkəz direktoru qeyd edib ki, vəziyyət belə davam edərsə, 5-6 gün sonra xəstə evə buraxılacaq: "Hadisə ilə əlaqədar yaradılan komissiyanın, ekspertizanın rəyi hələlik məlum deyil. Rəy hazır olanda ictimaiyyətə məlumat veriləcək".

Qeyd edək ki, həkim Valeh Kərimov şəkər xəstəliyindən əziyyət çəkən 87 yaşlı Tərlan Məmmədovanın sol ayağının əvəzinə sağ ayağını amputasiya edib. Daha sonra qadının sol ayağı da kəsilib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница