18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb 18:18 Hər kəsin faydalı bildiyi banan bu şəxslər üçün təhlükəlidir 18:16 Hərbi xidmətə çağırışla bağlı YENİLİK 18:14 Sabah yağış yağacaq? - Proqnoz 18:13 Əmək Məcəlləsinə "Məsafədən (distant) iş" anlayışı əlavə edilir 18:12 Dünyanı qorxuya salan "H3N2" virusu ölkəmizdə də yayıla bilərmi? - AÇIQLAMA 18:11 Uşağı doğulan kişilərə 14 gün məzuniyyət veriləcək 18:09 Hande Erçel 2 milyon dollara malikanə aldı

Təhlükəli xəstəliyinin müalicəsi üçün yeni dərman HAZIRLANDI

Təhlükəli xəstəliyinin müalicəsi üçün yeni dərman HAZIRLANDI

"Science Advances" jurnalında dərc olunan yeni araşdırma qaraciyər xəstəliklərinin, xüsusilə də dünyada milyonlarla insanı əhatə edən qaraciyərin piylənməsi xəstəliyinin (NAFLD) müalicəsində mühüm irəliləyişə işarə edir. 


BAKU.WS-in məlumatıa görə, Sinqapur Milli Universitetinin Yong Loo Lin Tibb Məktəbinin alimləri genetik əsaslı yeni bir RNA-terapiya üsulu hazırlayıblar.

Bu terapiya qaraciyərin piylənməsi ilə mübarizədə mövcud yanaşmanı köklü şəkildə dəyişdirə bilər.

Hazırda qaraciyərin piylənməsi xəstəliyinə qarşı yalnız iki təsdiqlənmiş dərman mövcuddur və onların da effektivliyi cəmi 30% xəstədə müşahidə edilir. Bu səbəbdən yeni müalicə üsullarına böyük ehtiyac var.

Sinqapurlu tədqiqatçılar lipid nanohissəcikləri əsasında xüsusi bir nanodərman hazırlayıblar. Bu dərman qaraciyərə "siRNA" adlı genetik preparatı çatdırır. Preparat SPTLC2 genini bloklayaraq qaraciyərdə zərərli seramidlərin yaranmasının qarşısını alır. Seramidləri normadan artıq ifraz edən orqanizm piyin yığılmasına, iltihaba və fibroz prosesinə səbəb olur.

Eksperimentlərin nəticələri sayəsində laboratoriya sınaqları göstərib ki:

Qaraciyər və qandakı seramidlərin səviyyəsi əhəmiyyətli dərəcədə azalır;

Qaraciyərdə piylənmə və iltihab geriləyir;

Fibroz (toxuma çapıqlanması) zəifləyir;

Xəstəliyin ağırlaşma prosesi ləngiyir;

Ən önəmlisi – digər orqanlara zərərli yan təsirlər qeydə alınmayıb.

Araşdırmaya rəhbərlik edən dosent Van Czun-Vey bildirib: "Biz sübut etdik ki, seramidlərin hədəfli şəkildə azaldılması xəstəliyin kökünə təsir göstərir. Bu, mövcud sistemli dərmanlarla müqayisədə daha dəqiq və təhlükəsiz yanaşmadır".

Gastroenteroloq Mark Mutia isə qeyd edib ki, bu yeni müalicə mövcud terapiyanı tamamlayaraq, ənənəvi üsullardan fayda görməyən xəstələr üçün ümid yarada bilər. Hazırda komanda dərmanın uzunmüddətli təsirini artırmaq və klinik sınaqlara keçmək üçün işlər aparır.

Alimlərin vurğuladığına görə, lipid nanohissəcikləri COVID-19 vaksinlərində istifadə olunaraq öz effektivliyini sübut edib. İndi isə bu texnologiya təkcə qaraciyər xəstəliklərində deyil, həm də diabet, piylənmə və ürək-damar xəstəlikləri kimi xroniki problemlərin müalicəsində yeni üfüqlər aça bilər.

Bundan əvvəl alimlər müəyyən etmişdilər ki, bəzi dərman kombinasiyaları da qaraciyərin piylənməsi riskini azalda bilir. Lakin siRNA-nanodərman yanaşması xəstəliyin əsas səbəbinə təsir etməsi ilə fərqlənir.




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница