09:56 "AzerGold" builki satışının ümumi dəyərini açıqlayıb 19:09 Dubayda "kruq plyonka"lı "07" satışa çıxarılıb - Qiyməti 50 min - FOTOLAR 08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI

"Günəş kremlərindən istifadə həm faydalı, həm də düzgün seçilmədiyi halda zərərli ola bilər" - Dermatoloq

"Günəş kremlərindən istifadə həm faydalı, həm də düzgün seçilmədiyi halda zərərli ola bilər" - Dermatoloq

"Günəş kremlərindən istifadə həm faydalı, həm də düzgün seçilmədiyi halda zərərli ola bilər".

Bu sözləri dermatoloq Gülşən Məmmədova BiG.AZ-a bildirib.


O qeyd edib ki, günəşin ultrabənövşəyi (UV) şüaları dəridə yanıq, erkən qocalma və dəri xərçəngi riskini artırır:
"Daim açıq havada olan insanların dərisi daha sürətlə yaşlanır, qırışlar və ləkələr yaranır. Günəş kremi isə dəriyə qoruyucu qalxan təsiri göstərir və UV şüalarının zərərini minimuma endirir.

Günəş kreminin xeyirli tərəfləri bunlardır:
Dərini günəş yanığından qoruyur.
Erkən qocalma və qırışların qarşısını alır.
Dəri xərçəngi riskini azaldır.
Dərinin tonunu bərabərləşdirir, ləkələrin qarşısını alır.

Bəzi hallarda günəş kremi zərərli təsir də göstərə bilər:
Tərkibindəki kimyəvi maddələr allergik reaksiyaya səbəb ola bilər.
Yağlı dəriyə uyğun olmayan kremlər sızanaq və qara nöqtələri artıra bilər.
Keyfiyyətsiz və saxta məhsullar dəriyə ciddi zərər vura bilər.

Günəş kremi alarkən dərinin tipinə uyğun, dermatoloji testdən keçmiş və ən azı SPF 30 qoruma faktoru olan məhsulları seçsinlər".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница