08:56 Sosial şəbəkə profilləri izlənilir? - DİN açıqlama yaydı 08:54 Almaniya qanunvericiliyi sərtləşdirir 22:56 Zeytun yağından istifadə zamanı edilən 4 səhv 16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib

Bakıda sabah gecə bağlı olacaq yolların SİYAHISI

Bakıda sabah gecə bağlı olacaq yolların SİYAHISI

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi COP29 tədbirinə hazırlıq məqsədi ilə bağlanacaq yollarla bağlı sürücülərə müraciət edib.

Oxu.Az xəbər verir ki, bu barədə İdarədən məlumat verilib.

Bildirilib ki, oktyabrın 19-dan 20-nə keçən gecə saat 2 radələrindən 6 radələrinədək COP29 tədbirinə hazırlıq məqsədi ilə paytaxtın Hava limanı şosesi, Heydər Əliyev prospekti, Neftçilər prospekti və Yusif Səfərov, Niyazi, İstiqlaliyyət, Lermontov, Mikayıl Hüseynov, Xəqani Rüstəmov, Teymur Elçin, Mehdi Hüseyn küçələrində nəqliyyatın idarə edilməsi üzrə monitorinqlərin keçirilməsi üçün avtomobillərin hərəkət istiqaməti dəyişdiriləcək:

"Hava limanı istiqamətinə alternativ yol kimi 8 Noyabr prospektindən Zığ yoluna keçməklə, eləcə də Heydər Əliyev prospektində köməkçi yol ilə Bakıxanov qəsəbəsindən keçməklə hərəkət edə bilərlər.

Şəhərin mərkəzinə doğru isə sürücülər Mikayıl Müşfiq, Abdulla Şaiq, Mirzağa Əliyev və Şəmsi Bədəlbəyli küçələrindən keçməklə daxil ola bilərlər.

Sürücülərdən monitorinq müddətində qeyd edilən istiqamətlər üzrə nəqliyyat vasitələrinin hərəkətinə tətbiq olunacaq məhdudiyyətləri nəzərə almaları xahiş olunur".




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница