16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Bərdədə ata azyaşlı qızına zorakılıq göstərib? - DİN araşdırma aparır

Bərdədə ata azyaşlı qızına zorakılıq göstərib? - DİN araşdırma aparır

Bərdədə atanın 4 yaşlı qızını şiddət göstərməsi məsələsi ilə bağlı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qurumun Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-a bildirilib ki, Bərdə rayon sakini Ülviyyə Cəfərli azyaşlı qızının keçmiş həyat yoldaşı tərəfindən döyülməsi ilə bağlı Bərdə Rayon Polis Şöbəsinə (RPŞ) ərizə ilə müraciət edib.

Araşdırma zamanı izahatlar alınmaqla müvafiq ekspertiza təyin olunub.

Hazırda Bərdə RPŞ-də təhqiqat davam etdirilir.

Bərdədə atanın 4 yaşlı qızına spirtli içki içirərək görüntülərini sosial şəbəkələrdə paylaşdığı iddia olunur.

Bununla yanaşı, qızı ilə paylaşdığı şəklinin altına "Tezliklə ata-bala bir məzarda yatacağıq" sözlərini yazıb.

Real TV-yə müraciət edən çarəsiz ana bildirib ki, keçmiş həyat yoldaşı ilə 2018-ci ildə ailə həyata qurub. 2019-cu ildə isə bir qız övladları doğulub. 2020-ci ildə maddi problemlər səbəbindən boşanıblar. Məhkəmə qərarı ilə 4 yaşlı qızlarının anada qalmasına, həftəsonları isə atası ilə görüşməsinə qərar verilib. Bütün problemlər isə ata ilə qızının görüşlərindən sonra başlayıb.

Belə ki, keçmiş həyat yoldaşı ona zəng edərək "aparım qızı Qarabağ kanalına atım ölsün?", - deyə anaya hədə-qorxu gəlib.

Azyaşlının atası Anar Hüseynov isə məsələ ilə bağlı iddiaları təkzib edib.

Ətraflı süjetdə:




Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница