16:43 "Xanım rəqibim yoxdur" 16:42 Pensiyalar bu tarixdə ödəniləcək 16:39 Qurdun yeni mahnısı gündəm oldu - Dinlənmələr sürətlə artır 16:37 Qoxuya qarşı mübarizə: Bir neçə damcı limon suyu yox edir 16:35 İnsanlar niyə xəbər saytlarından xəbər oxumaq istəmirlər? - MEDİA EKSPERTİ AÇIQLADI 13:56 Sabah Bakıya yağış, rayonlara qar yağacaq 13:55 Günəşdə güclü partlayışlar baş verib 18:22 Uşaqlarda nitq gecikməsi buna görə baş verir - Valideynlər diqqətli olsun 18:21 Autizim uşaqlarda diqqət və yaddaşın inkişafı üçün oyunu texnologiyası 18:19 Azərbaycan orbitə "Zəfər" peyki buraxıb

Keçmiş arvadını öldürən polis əməkdaşı bəraət istəyir

Keçmiş arvadını öldürən polis əməkdaşı bəraət istəyir
Keçmiş arvadını öldürən polis əməkdaşı bəraət istəyir


Ali Məhkəmədə CM-nin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə məhkum olunan sabiq polis əməkdaşı Samir Əliyevin kassasiya şikayəti üzrə məhkəmə prosesi keçiriləcək.

MAY.AZ-ın oxu.az-a istinadən məlumatına görə, 2015-ci il iyulun 6-da gecə saatlarında Bakı-Quba yolunun 55-ci kilometrliyində, Xızı rayonun Yeni Yaşma qəsəbəsində yandırılmış naməlum qadın meyiti tapılıb.

Araşdırma zamanı cəsədin Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Natəvan Əliyeva olduğu müəyyən edilib. 34 yaşlı Natəvan Əliyeva paytaxtda fəaliyyət göstərən 2 saylı doğum evində həkim-qinekoloq işləyib.

Fakt üzrə rayon prokurorluğunda ilkin olaraq CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Məlum olub ki, iyunun 26-na keçən gecə onun itkin düşməsi barədə yaxınları tərəfindən Bakıda Xətai RPİ-nə ərizə daxil olub. Şübhəli şəxs qismində Natəvan Əliyevanın keçmiş həyat yoldaşı, polis mayoru Samir Əliyev saxlanılaraq məsuliyyətə cəlb olunub.

İstintaqın gedişatında, həmçinin keçirilən məhkəmə proseslərində o ittiham üzrə özünü təqsirli bilməyib və keçmiş arvadını öldürmədiyini bqeyd edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Samir Əliyev 20 il müddətinə azadlqıdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən məhkum apellyasiya şikayəti verib.

Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilib, S.Əliyevin cəzası 19 ilə endirilib.

Apellyasiya instansiyasının qərarından narazı qalan məhkum, barəsində bəraət hökmünün çıxarılması xahişi ilə Ali Məhkəməyə kassasiya şikayəti verib.

Ali Məhkəmədə baxış avqustun 1-nə təyin edilib.

Yandex.Metrika
KatStat.ru
MobTop.az
menu Menu game Oyunlar mail Poçt live Live profile Страница